Roman Abromoviçin 10 məsləhəti

Date:

Paylaş:

Rusiyalı biznesmen, milyarder və Çukot muxtar əyalətinin keçmiş qubernatoru olan Roman Abromoviç artıq neçə ildir ki, Forbes nəşrinin versiyasına görə “Rusiyanın ən varlı insanları” reytinqini tərk etmir.
Öz məşhurluğuna baxmayaraq, Roman Abromoviç ictimaiyyət içərisində çox görünən insan deyil. Biznesmen media ilə ünsiyyəti sevmir. Sonuncu dəfə Abromoviç KİV-də Darya Jukova ilə boşanması sayəsində xatırlanıb.
Banker.az rusiyalı biznesmenin on əsas məsləhətini təqdim edir:

1. Tələsik nəticələr çıxarmayın

İnsanlar – faydasız özündəndeyənlərdir. Onların fərziyyələrinin əksəriyyəti yanlışdır, fəaliyyətlərinin yanlışlığı da buradan doğur. Fikirləri oxuya bildiyimizi düşünürük və guya digər insanların etdiklərini nəyə görə etdiklərini bilirik. Əslində isə bu doğru deyil. Bu axmaqlıq başqa heç bir şeyin etmədiyi qədər münasibətləri məhv edir.

2. Dramatikləşdirməyin

Bir çoxları kiçik uğursuzluqlardan ölümcül təhlükəli fəlakətlər yaradır və buna uyğun olaraq reaksiya verirlər. Qarışqadan fil düzəltmək vərdişi həyəcan doğurur, hansı ki, ya heç mövcud deyil, ya da ki narahat olmağa dəyməyəcək qədər kiçikdir.

3. Qaydalar yaratmayın

Özünüzə yük etdiyiniz bu “lazımdır” və “mütləqdir”-lərin əksər hissəsi böyük ehtimalla faydasızdır. Onların sizə bəxş etdiyi yalnız əsəb və günahkarlıq hissidir. Nəyə görə? Çünki bu xəyali qaydalara riayət edərək beyninizi lazımsız maneələr ilə yükləyirsiniz.

4. Stereotiplərdən və şablonlardan qaçın

İstifadə etdiyiniz sözlər sizi dar ayaqda qoya bilər. Mənfi danışıq tərzi və tənqid eyni düşüncə tərzini formalaşdırır. Hər şeyi müəyyən kateqoriyalar çərçivəsinə yerləşdirməyə çalışmaqla, onların gerçək əhəmiyyətini görməməyə başlayır, bununla da düşüncənizi tamamilə faydasız vəziyyətə gətirirsiniz.

5. Perfeksionist olmayın

Həyat yalnızca “ağ və yaxud qara”, “hər şey, ya da heç nə”-dən ibarət deyil. İdeal iş axtarsanız, onu heç vaxt tapmayacaqsınız. Bununla belə, bütün digər işlər gözünüzdə əslində olduqlarından daha pis görünəcək. Perfeksionizm – məmnunluq hissindən məhrum edən ruhi xəstəlikdir və hər zaman sizi mövcud olmayanın axtarışına yollayacaq.

6. Hadisələri olduğu kimi qəbul edin

Bir-iki uğursuzluq hələ daimi məğlubiyyətin əlaməti deyil. Təsadüfi qələbə isə sizi dahiyə çevirmir. Nadir hadisələr – yaxşı və yaxud pis, bir və yaxud iki dəfə baş verənlər – heç də həmişə uzunmüddətli tendensiyanın əlaməti deyil. Hadisələr və əşyalar bir qayda olaraq olduqları kimidirlər və əksər hallarda nə isənin əlaməti deyildirlər.

7. Ürəyinizə yaxın buraxmayın

İnsanların əksəriyyəti, hətta dostlarınız və kolleqalarınız zamanlarının 99%-i sizin haqqınızda danışmır, düşünmür və qeydinizə qalmır. Həyati enişlər və yoxuşlar, digər insanların yaxınlığı və biganəliyinin sizin üçün həyati vacibliyi olmamalıdır.

8. Emosiyalara inanmayın

Hiss etdikləriniz heç də həmişə əslində baş verən hadisə ilə bağlı düzgün göstərici olmur. Sadəcə olaraq belə hiss etməyiniz o demək deyil ki, bu doğrudur. Bəzən emosiyanın mənbəyi yorğunluq, aclıq, qıcıqlanma, yaxud sadəcə olaraq soyuqdəymə ola bilər. Özünüzü yaxşı və yaxud pis hiss edirsiniz, gələcək bundan irəli gələrək dəyişməyəcək. Hisslər həqiqi ola bilər, lakin onlar həqiqət deyil.

9. Apatiyaya təslim olmayın

Optimist olmaq üçün məşq edin. Həyatda və işdə pis şeylər gözləsəniz, onları tapacaqsınız. Mənfi yanaşma tərzi dünyada çirkli, bulanıq eynək ilə baxmağa bərabərdir. Bütün digər şeylərə diqqət yetirmədən yalnızca çatışmayan cəhətləri görəcəksiniz.

10. Keçmişdə yaşamayın

Dünyada qəzəb, təəffüs, bədbəxtlik və məyusluq keçmiş incikliklərdən və problemlərdən bərk-bərk yapışan insanlardan gəlir. Onları beyninizdə nə qədər çox fırlatsanız, bir o qədər özünüzü pis hiss edəcəksiniz. Bədbəxtlik ilə müharibə etməyin. Unudun və yaşamağa davam edin. Bunu edin və onu sizi yaralamaq gücündən məhrum edin.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...