IKEA şirkəti, məhsullarını elektron ticarət nəhəngləri Amazon və Alibaba üzərindən də satacaq.

Date:

Paylaş:

Dünyanın ən böyük pərakəndə mebel satışı şirkəti olan İsveçin IKEA şirkəti, məhsullarını elektron ticarət nəhəngləri Amazon və Alibaba üzərindən də satacaq.

“Marja” xəbər verir ki, indiyədək IKEA, qlobal elktron ticarət saytları ilə əməkdaşlıq etməyi rədd edirdi. 9500 çeşiddə məhsulunu öz veb saytından satan İsveçli şəbəkə, artıq qərarını dəyişib, daha çox müştəriyə çatmaq üçün Amazon və Alibaba üzərindən də satışa başlayacaq.

1997-ci ildə veb saytını açan və ilk olaraq 2000-ci ildə yalnız Skandinaviyada elektronik ticarətə başlayan IKEA-nın bu bazara gec daxil olduğu üçün irəliləyə bilmədiyi bildirilir.

Amazon ötən il 136 milyard dollar, Alibaba isə 24 milyard dollar satış həcminə çatmışdı.

IKEA-nın 2016-cı il fəaliyyət hesabatına görə, şirkətin 34 milyard avro dəyərindəki cəmi satışında elektronik ticarətin payı isə yalnız 1.4 milyard avrodur.

ŞƏHƏR İÇİNDƏ BUTİK MAĞAZA

Elektron ticarətdəki payını artırmaq istəyən IKEA, ötən ay “Task Rabbit” adında mebel montajçıları və istehlakçılarını görüşdürən mobil tətbiqi satın alacağını da açıqlamışdı.

Bundan başqa, şəhər xaricinə yaxın bölgələrdə böyük mağaza konsepti ilə işləyən IKEA, şəhər içərisində butik mağazalar da açmağa hazırlaşır.

Yeniliklər arasında yalnız mətbəx məhsulları üzrə sifariş və təslimat nöqtələrinin yaradılması planı da var.

Dünyada 403 mağazası olan IKEA, internetə genişlənmək ilə bərabər, gələn ay Hindistan və Litvada  22 mağaza açma hazırlaşır. 49 ölkədə mağazası olan nəhəng şirkət 5 il ərzində Cənub Amerika bazarına da girəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...