19-20 oktyabr tarixlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə Bakıda Azərbaycan – Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (KƏŞ) Üzv Ölkələri biznes forumu keçiriləcək. Bu barədə AZPROMO-da məlumat verilib.
“Foruma Körfəz ərəb olkələrinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərinin qatılacağı gözlənilir”, – məlumatda vurğulanır.
Forum çərçivəsində oktyabrın 20-də Azərbaycan və ərəb şirkətləri arasında ikitərəfli görüşləri planlaşdırılır.