Devalvasiya Holcim şirkətinin səhmlərini 2 dəfə ucuzlaşdırıb

Date:

Paylaş:

“Holcim (Azərbaycan)” MMC sement zavodunun səhmləri  illik minimuma – 27 manat 50 qəpiyə düşüb.”Holcim (Azərbaycan)”ın 1 səhminin nominal qiyməti 20 manatdır. 

“Marja” Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, sentyabrın 26-da keçirilmiş hərraclarda bu şirkətin səhmləri 27,50 manata satılıb ki, bu da əvvəlki sövdələşmədən bir manat yarım azdır.

2016-cı il sentyabrın 1-də bağlanmış əqd zamanı investorlar “Holcim (Azerbaijan)”ın 1 səhminə 66,75 manat ödəmişdi. 2017-ci ilin Aprelində isə ASC-nin səhmi 37 manatdan satılmışdı.

Səhmlərin ucuzlaşmasının səbəbi devalvasiyaların şirkəti vurması və nəticədə açıqlanan zərərlərdir. “Holcim (Azərbaycan)” ASC götürdüyü böyük məbləğdə kredit hesabına yeni soba tikmişdi. Devalvasiylar baş verdiyindən şirktin borcu kəskin artıb.

Martda səhmdarların ümumi toplantısında elan edilib ki, şirkət 2016-cı ildə 27 mmilyon manat zərər edib. 2015-ci ilin yekunlarına görə, “Holcim (Azərbaycan)” ASC 99,1 milyon manat zərərlə üzləşidmişdi.

“Holcim (Azərbaycan)” ASC-də 66% pay İsveçrənin Holcim şirkətinə məxsusdur. 2015-ci ilin sonlarında “Azərbaycan İnvestisiya Şirkəti” 2007-ci ildə əldə etdiyi 10% səhmi “Holcim Auslandbeteiligungs Gmbh”-a sataraq səhmdarlar sırasından çıxıb. Sövdələşmənin məbləği açıqlanmayıb. Avropa Yenidənqurma və İnkişaf Bankı “Holcim (Azərbaycan)” ASC-də 10% səhmə sahibdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın aparıcı sement istehsalçısı olan “Holcim (Azerbaijan)” ASC-dəki (Qaradağ Sement Zavodu) payını 10%-dən 20%-ə artırmaqdan imtina etmişdi. Qərarın səbəbi açıqlanmamışdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...