Gürcüstanın turizmdən aylıq gəliri 400 mln. dollara yaxınlaşır

Date:

Paylaş:

Cari ilin avqust ayında Gürcüstan xarici turizmdən 390,9 mln. dollar gəlir əldə edib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında deyilir ki, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 92,9 mln. dollar çoxdur.

Avqust ayında qonşu ölkəyə 1 080 449 nəfər əcnəbi səfər edib. Bu da ötən ilin göstəricisindən 27,4% çoxdur. Turistlərin sayında artım ölkədə mehmanxana və restoran sektorunda 18,5% artıma səbəb olub.

Qeyd edək ki, ötən ay Gürcüstana səfər etmiş əcnəbilərin 220 314 nəfəri Azərbaycan vətəndaşı olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...