Turistlər Dubayda 28,5 milyard dollar xərcləyiblər

Date:

Paylaş:

Turistlərin 2016-cı ilin yekununa görə ən çox pul xərclədikləri şəhərlər arasında Dubay lider olub.

“Report” “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, “Mastercard”ın 132 şəhər arasında apardığı təhlillər əsasında belə bir nəticə əldə edilib. 2016-cı ildə turistlər Dubayda 28,5 mlrd. ABŞ dolları xərcləyiblər və illik artım 10% təşkil edib.

İkinci sıranı 17 mlrd. dollarla Nyu-York tutub. İllik artım burada 1,5% təşkil edib. Üçüncü sırada illik 4,6% azalma ilə London yerləşib. Bu şəhərdə turistlər 16,09 mlrd dollar xərcləyiblər.

Dördüncü sıranı 15,69 mlrd. dollarla (+0,3%) Sinqapur, ardınca 14,08 mlrd. dollarla (+10,9%) Banqkok, 12,03 mlrd. dollarla (+4,9%) Paris, 11,28 mlrd. dollarla (+3,7%) Tokio, 9,91 mlrd. dollarla (+6,9%) Taipey, 9,38 mlrd. dollarla (+1,8%) Seul və 8,9 mlrd. dollarla (+6,9%) Barselona tutub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...