Crocus Group-un vitse-prezidenti Emin Ağalarov müğənni Qriqori Lepslə birgə Moskvanın Petrovka küçəsində “Bir qədəh araq” adlı restoran açmağı planlaşdırır.
Bu barədə E. Ağalarov Vegas Kuntsevanın rəsmi açılışında bildirib.
“Biz Qriqori Lepslə 10 oktyabrda Petrovkada “Bir qədəh araq” adlı restoran açmağı planlaşdırırıq. Biz bu layihəyə eyni miqdarda-yarıbayarı vəsait qoymuşuq”, – deyə kiçik Ağalarov qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Lepsin prodüser mərkəzi və Ağalarovun komandası şou-biznes sahəsində konsertlərin və müxtəlif tədbirlərin keçirilməsi sahəsində birgə iş haqda aşıqlama vermişdilər.