Dünyanın lider məsləhət şirkətlərindən biri olan “The Boston Consulting Group”un (BCG) “Qlobal şirkət birləşmələri və satınalmalarının yeni ulduzu: Texnologiya” adlı hesabatına görə, texnologiya əsaslı satınalmaların dəyəri 700 milyard dolları aşıb və bütün satınalmaların 30%-ni təşkil edib.
Alıcıların əksəriyyəti (70%-i) isə texnologiya sektoru xaricindəndir.
“Marja” hesabata istinadən xəbər verir ki, ötən il dünya miqyasında 26.000 birləşmə və satınalma prosesi baş tutub. Bu səviyyə bir əvvəlki ilə paralel olmaqla bərabər, birləşmə və satınalmaların ən yüksək səviyyələrdə olduğu 1999 və 2007-ci illərə də olduqca yaxınlaşıb.