Azərbaycanda biznesin qurulmasındakı problemlər nələrdir?

Date:

Paylaş:

Azərbaycan Dünya İqtisadi Forumunun (WEF) “2017-2018 Qlobal Rəqabət İndeksi” reytinqində 2 pillə yüksələrək, 35-ci sırada qərarlaşıb.

Azərbaycanın budəfəki indeksi 4,7 bənd təşkil edib.

Hesabatda 137 ölkə iştirak edib və ilk iki sıranı 5,9 bəndlə İsveçrə və ABŞ, üçüncü sıranı isə 5,7 bəndlə Sinqapur tutub.

Qeyd edək ki, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 2017-2018-ci il hesabatında MDB ölkələri arasında lider ölkədir. Reytinqdə Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü sırada yer alıb. Türkiyə isə 53-cü sırada qərarlaşıb.

Hesabatda bildirilir ki, Azərbaycanda biznesin qurulması üçün ən problemli amillər arasında maliyyə resurslarına çıxış (16,5 bənd), xarici valyutanın tənzimlənməsi (14,8 bənd), vergi tənzimləmələri (11,5 bənd), inflyasiya (10,4 bənd) qeyd olunub.

Müsbət amillərə isə kriminal vəziyyətin sabitliyi (3,9 bənd), hökumət sabitliyi (2,6 bənd), səhiyyə (2,5 bənd), əmək bazarının tənzimləməsi (2,4 bənd), siyasi stabillik (1,7 bənd) və innovasiyalara çıxış (0,3 bənd) aiddir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...