Dubayda ilk uçan taksilər xəttə buraxılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, “Volocopter” şirkətinin istehsalı olan taksilərin təqdimatında Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum da iştirak edib.
Taksilər ən yüksək təhlükəsizlik standartlarına malik olub, 9 ədəd akkumulyator, habelə onların enerji yığmasını təmin edəcək texniki vasitələrlə təchiz edilib.