Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 138,7 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 42,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 63,8 faiz artıb.
Səkkiz ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 33,1 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 65,6 faiz, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 27,6 faiz artıb.