Tim Cook Apple şirkətinin bu il birjada uğurlu göstəricilərinə görə 89 milyon dollar bonus qazanıb.
Apple-ın CEO-su Tim Cook Stiv Cobsdan bu yana şirkətin dəyərini birjada ilk dəfə bu qədər yüksəldə bilib. Şirkət həmçinin bu il birjada olan şirkətlərin əksəriyyətindən daha yaxşı performans göstərib. Səhmləri bu il 40 faiz artım göstərib.
Aldığı bonusun 46 milyon dollarını vergiyə ödəyən Tim Cookun hazırda 145 milyon dollarlıq Apple səhmi var.