İT bazarının mütəxəssisləri “Apple” korporasiyasının “ağıllı” eynəklərinin satış rekordları əldə edəcəyini proqnozlaşdırır.
Məlumata görə, 2018-ci ildə cihazı əldə etmək imkanı yaranacaq.
Güman edilir ki, smart-eynəklər “iPhone”u da ötəcək və gələn il “Apple”ın ən populyar cihazı olacaq. Bəzi analitiklər əmindir ki, tərtibatçılar keyfiyyətli məhsul hazırlayıblar və smart-eynəklər “Apple Watch”u da geridə qoyacaq. Şirkət bu cihazdan ildə 25 milyard dollara yaxın pul qazana bilər. “Ağıllı” eynəklərin populyarlıq piki isə 2019-cu ilin ortalarına təsadüf edəcək.
lent.az