Amerika Birləşmiş Ştatlarının prezidenti olmaq şərəfli və nüfuzlu bir vəzifə olmaqla yanaşı, həm də çox qazanclı bir işdir.
ABŞ Kodeksinin 3-cü maddəsi, prezidentin əməkhaqqısını ildə $400 000 dollar səviyyəsində müəyyən edir, bundan əlavə illik $50 000 dollar məişət xərclərinə ayrılır, $100 000 – səfər xərclərinə (vergiyə məruz qalmadan) və $19 000 istirahət vaxtının təşkilinə.
Seçilən prezidentlər bir qayda olaraq kasıb insanlar olmur və əksər hallarda öz əməkhaqqılarını müxtəlif xeyriyyə proyektlərinə iyanə edir. Məsələn Donald Tramp, kiçik Buşun yolunu gedərək, öz əməkhaqqısının veteranlara və onkologiya xəstələrinə bağışlanmasına qərar verib. Prezidentlər bu addımı bilərəkdən atır, onlar bilir ki, qayğısız gələcək formalaşdırdıqlari siyası mirasdan asılı olacaq və həmin miras hələ uzun illər öz bəhrəsini verəcək. Bəs onlar bunu necə edir? Keçmiş prezidentlər Ağ Evdən kənarda necə milyonlar qazanır?
Lobbiçilik fəaliyyətinə dair Federal qanunlar keçmiş prezidentlər üçün rəsmi lobbiçilik fəaliyyətinə ömürlük qadağa qoyur. Bu onunla əlaqədardır ki, ölkənin başçısı statusu müxtəlif dövlət institutlarında keçmiş prezidentlər üçün inanılmaz əlaqələr və müstəsna nüfuz qazanmağa imkan verir. Pzezidentlik müddətinin başa çatmasından sonra bu əlaqələrdən istifadə, 1946, 1995 və 2007-ci il qanunlarının müəlliflərinin fikrinə əsasən, Birləşmiş Ştatların milli maraqlarına təhlükə yaradır.
Amma qanunlar keçmiş prezidentlərə ictimai fəaliyyət – qeyri rəsmi lobbiçilik ilə məşğul olmağı qadağan etmir. Demək olar ki, bütün liderlər, demokrat Lindon Consondan bəri qeyri rəsmi görüşlərdə (kofe lobbiçiliyi) müxtəlif biznes strukturlarını konsultasiya edir. Amma ki, menecerlər, vəkillər və mühasiblər bu görüşləri konsultasiya kimi deyil “centelmen görüşü” kimi rəsmiləşdirir, halbuki, bu cür görüşlərdən, keçmiş prezidentlər ilə şam yeməyi, avtoqraf və ya fotoşəkildən ötrü həmin biznesmenlər lazımı qədər pul ödəməyə hazırdırlar.
Bu cür görüşlərin qiyməti müxtəlif faktorlardan asılıdır: prezidentlik dövründəki təsir gücü, reytinq, subyektiv simpatiya və s.
Prezident Ronald Reyqan və Corc Herbet Uoker Buş – soyuq müharibənin qalibləri kimi xüsusi populyarlığa sahib idilər. Reyqan haqqında çoxsaylı kitab müəllifi olan Kiron Skinner yazır ki, Ronni demək olar ki, hər gün biznes elitasının nümayəndələri ilə görüşür, onun gündəlik qrafiki bir neçə ay öncədən müəyyən olunurdu. Ağ Evdən getdiyinindən sonrakı 13 il ərzində “Ronald və Nensi Reyqan” fonduna təkcə rəsmi qaydada 40 milyon dollardan çox vəsait bağışlanmışdı.
Öz növbəsində böyük Buş hakimiyyətindən sonrakı illər ərzində neft biznesi sənayesi ilə yaxından işləməyi davam etdirib, qeyri rəsmi qaydada energetika lobbisinin maraqlarını KonqresddəTexaslı qanunvericilər vasitəsi ilə təşviq etməyə çalışıb. Həmçinin atasının nüfuzu və əlaqələri kiçik Buşun 2000-ci il seçkilərində qalib gəlməsində heç də az rol oynamayıb.
“Kofe lobbiçiliyindən əlavə” keçmiş prezidentlər, intervü, məqalə və ya universitetlərdə məruzələrinə görə sanballı qanorar alırlar.
Klinton amerika siyasətinin hiyləgər şayilərini paylaşdığına görə dünya üzrə KİV-dən 1 mln dollardan çox qazanıb. 2001-2015-ci illərdə Klinton ailəsi yüksək təbəqələrin görüşlərində, konfranslarda, universitet leksiyalarında və şəxsi tədbirlərdə çıxışlardan dolayı 152 mln dollardan çox qazanıb.
KİV nümayəndələri hətta reputasiyası korlanmış prezidentlər ilə müsahibələrdən ötrü belə yağlı məbləğlər ödəməyə hazır olur: Lindon Conson (Vytnam müharibəsi), Riçard Nikson (Uoterqeyt qalmaqalı), Bill Klinton (Monika Levinski ilə bağlı məhkəmə işində yalançı şahidlik), kiçik Corc Buş (Əfqanıstan və İraq müharibələri).
Britaniyalı jurnalist Nikson ilə müsahibə seriyalarına görə $200 000-dən çox vəsait ödəyib, həmin intervülərdə keçmiş prezident Uoterqeyt hadisəsinə görə amerika xalqınan üzr istəyib.
Kiçik Buş isə medianın, televiziya və radioların çox milyonluq təkliflərinə “yox” demək üzrə rekordçudur. O, demək olar ki, KİV-i ən çox iqnor edən prezidentdir, amma Hyuston universitetindəki məruzələr üçün $200 000 dollar ödəniş alıb.
Monoqrafiya və memuarlar da kifayət qədər vəsait qazandırır. Donalddan öncə prezident kürsüsündə yer alan Barak Obama öz prezident memuarlarının və yazılı materiallarının dərci üçün 30 mln dollar həcmində eksklüziv müqavilə imzalayıb. Keçmiş birinci ledi Mişel Obama isə yeni kitabının nəşri ilə bağlı 10 mln dollarlıq müqaviləya imza atıb. Hələ ki, bu tarixi rekord hesab olunur, öz analoji fəaliyyətləri üçün Kiçik Buş və Klinton cəmi 4,5 mln dollar əldə etmişdi. Öz memuarlarına görə ən az qazanan isə demokrat Cimmi Karter olub – 320 000 dollar.
Bu gün Barak Obama özünün prezident kitabxanası və təhqiqat mərkəzinin açılması üçün vəsait toplayır, mərkəzdə onun 8 illik hakiməyyət dövrünə aid bütün sənədlərin arxivi saxlanılacaq. KİV məlumat verir ki, Obama ailəsi artıq 240 mln dollar toplaya bilib ki, bu kiçik Buş və Klintonun birgə vəsaitindən 3 dəfə çoxdur.
©Banco