Wealth-X şirkətinin araşdırmasında deyilir ki, 2009-cu ildən bu yana ilk dəfə dünyada sərvəti milyard dolları üstələyən şəxslərin sayı azalıb.
Bu zamana qədər, böhrandan əvvəl bu göstərici fəal şəkildə artırdı, lakin 2016-cı ilin nəticələrinə görə onların sayı 2473-dən 2397-ə enib. 76 şəxsin sərvəti 1 milyard dollardan aşağı olaraq qiymətləndirilib.
Bəs milyarderlərin sayı niyə azalıb?
Buna bir neçə səbəb təsir edib. Birincisi, dünya valyutalarının son illər ərzində möhkəmlənmiş dollar qarşısında zəifləməsi. İkincisi isə, demək olar ki, hər sahə üzrə şirkətlərin kapitalizasiyasının enməsi. Yalnız birindən, yəni texnoloji sahədən başqa.
Məsələ ondadır ki, son il ərzində ABŞ-da məhz texnoloji şirkətlərin dəyəri fəal şəkildə artırdı. Dünyanın ən varlı şirkətlərinin beşi amerikan şirkətləridir. Onların hər biri texnoloji sahədə fəaliyyət göstərir. Bundan əlavə, 6 və 7-ci pillədəki çinli şirkətlər də həmçinin texnoloji şirkətlərdir. Həmçinin, son il ərzində ən çox yeni varlı şəxs IT sənayesinin inanılmaz sürətlə inkişaf etdiyi San-Fransiskoda peyda olub.
Qeyd etmək lazımdır ki, texnoloji sahə özlüyündə ən “baha” sahə deyil. Belə ki, ilk pillədə maliyyə sahəsi – 488 nəfər, daha sonra sənaye sahəsi – 343 nəfər, daşınmaz əmlak – 158 nəfər, yüngül sənaye – 119 nəfər qərarlaşıblar. Sərvətini texnoloji sahə ilə əldə edən milyarderlərin sayı isə yalnızca 115 nəfərdir. Və onların sərvəti maliyyə sahəsinin milyarderlərində olduğundan azdır: 600 milyard dollar 1,43 milyard dollara qarşı.
Araşdırma müəllifləri qeyd edir ki, gələcəkdə bu vəziyyət daha da dərinləşəcək. Belə ki, yaxın bir neçə il ərzində məhz texnoloji sənaye digərlərindən daha sürətlə inkişaf edəcək.
Qeyd edək ki, planetin ən varlı insanları ümumilikdə 7,4 trilyon dollara sahibdir.
Son zamanlar planetin ən varlı insanları reytinqində baş veən dəyişikliklər bu araşdırmanı təsdiq edir. Bill Gates əvvəllər Amansio Orteqa və Karlos Slim ilə rəqabət aparırdısa da, sonuncu dəfə planetin ən varlı insanı adına Amazon şirkətinin təsisçisi Jeff Bezos sahib oldu. Düzdür, bu yalnızca bir neçə saat davam etdi və Bill Gates yenidən dünyanın ən varlı şəxsi adını geri qaytardı.
©banker