Sabiq kəşfiyyatçı “Twitter”i almaq istəyir

Date:

Paylaş:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı Valeri Plam Uilson “Twitter” mikrobloqunu satın almaq üçün vəsait toplamağa başlayıb. Məqsəd ABŞ prezidenti Donald Trampın səhifəsini bloklamaqdır.

İKT.lent.az-ın xəbərinə görə, vəsait toplanılması “GoFundMe” saytında aparılır.

“Donald Tramp “Twitter”də çoxlu qorxunc əməllərə yol verib. Ağdərili irqçiləri təşviq etməkdən jurnalistlərə qarşı zorakılığa çağırışlara qədər, onun “tvit”ləri ölkəyə və insanlarımıza zərər vurur”, – deyə xanım Plam Uilson söyləyib. O, 1 milyard dollar toplamaq fikrindədir. P. Uilson qeyd edib ki, bu vəsait yığıldıqdan sonra şirkətin səhm paketinin önəmli hissəsini ala bilər: “Real təhlükə var ki, Trampın “tvit”ləri nüvə müharibəsinə start verə bilər. Gəlin, bu baş vermədən onun səhifəsini silək”.

Avqustun 23-ü axşam saatlarına olan məlumata əsasən P. Uilson 6 gün ərzində cəmi 6 min dollara toplaya bilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...