Türkiyənin Antalyada şəhərində yerləşən “Mardan Palace” hoteli bağlanıb.
Baku.ws-in əldə etdiyi məlumata görə, otel artıq rezervasiyanı dayandırıb. Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus otelin fəaliyyətini tam dayandırdığı bildirilir. Məlumata görə, buna səbəb iş adamının müflis olması əsas göstərilir.
Azərbaycanlı milyarderin oteli 1,4 milyard dollarlıq “Mardan Palace” oteli 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.