“Apple” 1 milyard $ büdcə ilə teleserial bazarına girir

Date:

Paylaş:

ABŞ-ın “Apple” korporasiyasının orijinal videokontentin alınması, istehsalı və yayılmasına 1 milyard dollara yaxın pul ayırdığı məlum olub. Lent.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Şirkət özü şərh verməyib.

Qəzetin mənbələri bildiriblər ki, “Apple” 10-a yaxın teleserial ala və hazırlaya bilər. Şirkət ümid edir ki, bu addım baş vitse-prezident Eddi Kyunun müştərilərə “Taxt oyunları” (“Game of Thrones”) keyfiyyətində videokontent təqdim olunması ideyasının həyata keçirilməsinə kömək edə bilər. Kontentin yayılması üçün meydança rolunu “Apple Music” striminq xidmətinin oynaya biləcəyi bildirilir, eyni zamanda xüsusi olaraq yeni layihə üçün yeni platforma da yaradılması istisna deyil. Ayrılan büdcəni bu ilin iyununda “Sony Pictures Television“dan “Apple”a keçən Ceymi Erliht və Zak Van Amburq idarə edəcək. Bu şəxslər artıq Hollivud təmsilçiləri ilə görüşlər keçirir, hansı şouların satın alına biləcəyini araşdırır. “Apple” tərəfindən “WGN America” kabel televiziyasının sabiq prezidenti Mett Çerniss də işə dəvət olunub. O, layihənin inkişafına nəzarət edəcək.

WSJ yazır ki, “Apple”ın bazarda möhkəmlənməsi asan olmayacaq. Çünki bu bazarda “Amazon” və “Netflix” dominantlıq edir və onların bu sahədə büdcələri 1 milyard dolları ciddi şəkildə aşır. Belə ki, “Amazon” bu il bu sahəyə 4,5 milyard, “Netflix” isə 6 milyard dolar büdcə ayırıb. Hələ üstəlik, “Facebook” da bazara girir. Avqustun 9-da şirkət “Facebook Watch” xidmətini təqdim edib və burada seriallar, idman tədbirləri yayımlanacaq.

”Apple”ın “iTunes” vasitəsilə film və teleserial satışı sahəsində biznesi var, lakin şirkət bu sahədə aylıq abunəyə malik videoxidmətlərin ciddi rəqabəti ilə üzləşib. 2016-cı ilin yekunlarına əsasən “iTunes” şirkətə 4,1 milyard dollar qazandırsa da, “Apple”ın film satışı və prokatı sahəsində bazar payı 2012-ci ildəki 50% səviyyəsindən 35%-ə enib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...