Uğurlu karyera həyatına qarşı sirli şəxsi həyatı ilə diqqəti çəkən Amancio Ortega yalnız keçən il 19 milyard dollar qazanıb.
“Zara”nın banisi (qurucusu) Amancio Ortega dünyanın ən varlı üçüncü adamı olmasından başqa, eyni zamanda sirli həyatı ilə də tanınır.
“Marja” “Retail Week”ə istinadən xəbər verir ki, Ortega etdiyi bəzi investisiyalar sayəsində təkcə ötən il sərvətini daha 19 milyard dollar daha artırıb. Hazırda Ortega-nın sərvəti 82 milyard dolları aşır.
Bu böyük sərvətinə qarşı bir çox insan Ortega-nı tanımır. İnsanların içərisinə nadir hallarda çıxan Ortega şəxsi həyatının məxfiliyinə çox əhəmiyyət verir.
Uğurlu karyera həyatında verdiyi müsahibələr isə bir əlin barmaqları qədərdir.
Ortega uğurlu karyerasına xanımı Rosalia ilə 1975-ci ildə yaratdığı “Zara” ilə addım atıb. Bu gün “Zara”, “Massimo Dutti ” və “Pull&Bear” markalarının sahibi olan Ortega-nın “Inditex SA” şirkətinin dünya üzrə 7 min 385 mağazası var.