Keepface regional şirkət kimi

Date:

Paylaş:

Azərbaycanda fəaliyyətə başlayan Keepface şirkəti artıq genişlənərək ölkə hüdudlarından kənarda fəaliyyətə başladıqlarını elan etdilər. Bir neçə gün əvvəl DMCC-də (Dubai Multi Commodities Centre) qeydiyyatdan keçən Keepface yaxın zamanda Mərkəzi Asia, Qafqaz və MENA (Yaxın Şərq və Şimali Afrika) bölgələrini hədəfləyir.

keepface

DMCC Dubayda yerləşən Qlobal Azad İqtisadi Zona olub, özündə 13000-dən çox şirkəti cəmləyir. DMCC hazırda BƏƏ və onun ətrafında biznesi inkişaf etdirmək və qlobal bazara daxil olmaq üçün ideal yerlərdən biri hesab olunur. Bura qoşulan hər bir üzv şirkət ölçüsü və statusundan aslı olmayaraq beynəlxalq səviyyəli xidmətlərə və infrastruktura çıxış əladə edir.

Eyni zamanda Keepface Google şirkətinin MENA regionunda yeganə texnologiya şəbəkəsinin üzvü olan AstroLabs-a qəbul olunmuşdur. Bura üzv olmaqla Keepface müxtəlif ölkələrdə yerləşən 20-dən çox Google Tech Hub şəbəkəsi və 6 kampusuna çıxış əldə etmiş olur. Keepface Dubayda AstroLabs-da ofis sahəsindən və rəqəmsal texnologiya şirkətlərinə dəstək üçün təşkil olunmuş təhsil akademiyasından yararlana biləcək.

AstroLabs-ın missiyası MENA regionunda inkişaf etməkdə olan rəqəmsal texnologiya ekosistemini yaratmaqdır.

Keepface eyni zamanda “IBM Global Entrepreneur” proqramına da qəbul olunaraq, IBM Bluemix-də olan bütün xidmətlərdən, o cümlədən dünyanın ən güclü AI (süni intellekt) alətlərindən olan Watson xidmətlərindən 120 000 dollarlıq cloud istifadəsinə haqq qazanmışdır. IBM Dubai ofisi bu texnologiyaların Keepface platformasına inteqrasiyasında öz iki mühəndisi ilə yaxından iştirak edəcək.

Keepface şirkəti bir il əvvəl BBF-də (Baku Business Factory) fəaliyyətə başlamışdır. Keepface dünyada trend marketinq strategiyası sayılan Influencer Marketinqi avtomatlaşdıran platformadır. Bu platformada infleuncerlər – sosial şəbəkələrdə çox izləyicisi olan istifadəçilər (məşhurlar, bloqerlər, jurnalistlər, ekspertlər, aktiv qrup və səhifələr) və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirdirlər. Hazırda Keepface regionda 30-dan çox yerli və beynəlxalq şirkət və agentliklərə xidmət göstərir.

©fins

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...