Çox az adam var ki, gələcək planlarında uğurlu olurlar. Hər kəsin öz arzularını və xəyallarını gerçəkləşdirməsi üçün müəyyən miqdarda pula ehtiyacı yaranır. Bunu tələbələrdən soruşsanız daha tez təsdiqini tapa bilərsiniz. Amma bu bizim mövzudan uzaq məsələdi. İnsanlar bu pulu əldə etmək üçün bir işə ehtiyac duyar.
Əslində biz az istəklərimizə uzaqdan yanaşaq. Daha dəqiq müəyyənləşdirsək məlum olar ki, bizə pul lazımdır, iş isə yox. Bu səbəbdən bəzən istəklərimizi müəyyənləşdirməkdə çətinlik çəkirik. Bax, budur “qırılma nöqtəsi” dediyimiz yer. Burdan yola çıxaraq istəyimizi müəyyənləşdirək. İstəyimiz nədir? – Pul.
Bunun üçün bizə işləmək o qədər də vacib deyil. Robert Kiyosakinin kitabında deyildiyi kimi insanlar daimi işi yalnız sonda təqaüd alıb evdə oturmaq üçün seçirlər. Amma gəlin baxaq, o məqama qədər nə qədər çətin yoldan keçirik? Bu isə bizə lazım deyil.
Bu səbəbdən hətta ailə münasibəti də pozulur. Evdən bizdən pul tələb edirlər. Amma vaxt keçir, məlum olur ki, bizə həm də vaxt lazım imiş. Bəs bunun öhdəsindən necə gələk? Bax bu çətindir. Buna görə bizə evdə oturduğumuz halda pul gətirən bir biznes lazım gəlir. İnsanlar işə çox can atırlar. Bu mənə lazım deyil. Mən işləmək istəmirəm. Bəs bunun üçün ən yaxşı yollar nədir? Bu dediklərimi necə əldə edə bilərəm?
Mənim fikrimcə bunu 3 yolu var:
1. Özün çalışıb bir biznes qurursan və bir müddət sonra o sənə çoxlu pul gətirir.
2. “Papa”-nın hesabına yaşayırsan (Bu ən sadə yoldur)
3. “Papa”-dan qalma biznesi inkişaf etdirirsən və pul qazanırsan.
Varlı birinin qızı ilə evlənib onun atasının pulundan və ya onun biznesindən inkişaf məqsədi ilə istifadə etməyi də müvafiq olaraq 2 və 3-cü punktlara əlavə etmək olar. Bu nəticələrdən ən yaxşısı məncə (bilmirəm nə dərəcədə doğrudur) 1-cidir.
Bunun üçün bizim universiteti bitirib əlimizdə valideynlərin qohumlara göstərməsi üçün lazım olacaq diploma ehtiyacımız yoxdur. Bu gün qloballaşma bizdən bunu tələb etmir. Bu gün pul qazanma üçün insanlar müxtəlif yollara əl atırlar. Tutaq ki, elə “gülüş biznesini”. Klonlar pul qopartmaq üçün əlindən gələnləri edir. Burdan belə nəticəyə gəlmək olar ki, bu adam haqlı olaraq gülüşü “satır”. Niyə də olmasın?!
Biz kalori itirmək, gümrah olmaq, günümüzü enerjili keçirmək üçün gün ərzində pul xərcliyirik. Bu da onunla eynidir.
Bununla maraqlanandan sonra araşdırdım.Və son olaraq məlum oldu ki, gülüş vaxtı qaçmağa nisbətdə daha çox kalori yandırılır.10-15 dəqiqə gülmək ürək döyüntülərini 10-20 faizədək artırır. Qəhqəhə ürəyi qoruyur. Qəhqəhə qan damarlarının funksiyasını yaxşılaşdırır və ürək tutmaya və başqa ürək-damar problemlərinə qarşı sizi qorumağa kömək edə bilən qanaxmanı artırır. Bu isə 10-dan 40-dək kalorinin yandırılması ilə nəticələnir. Bu ildə 3-4 funt çəki edir ( 1 funt=0.453 kq).
Bizdəki adət-ənənə təcavüzü də buna imkan vermir. Bu gün strateji menecment, PR, CRM, strateji insan resursları idarə edilməsi kimi anlayışların olduğu dövrdə yaşayırıq. Artıq bu günlə kifayətlənmirik. Sabahı da düşünürük. Və bizim buna keçməyimizə əngəlləri bizi həmişə tənqid edən yaşlı nəsillərimiz ta qədimdən əsas qoyublar. “Soğan olsun, nağd olsun”. Bu da inkişafa zərbə vurur.
Tədqiqatlar göstərir ki, yeni istehlakçının cəlb edilməsi, aktual olanın təmin edilməsindən 5 dəfə artıq məsrəf tələb edir.Yeni istehlakçının, kompaniyanı tərk etmiş müştərinin gətirdiyi mənfəətlə müqayisə olunacaq dərəcədə mənfəət gətirməsi üçün isə kompaniya məsrəflərini 16 dəfə artırmalıdır. Nəticə etibarı ilə istehlakçıların əldə saxlanılması yeni istifadəçilərin cəlb edilməsindən daha vacibdir (Flip Kotler-Marketing managment).
İstehsalçılar bu gün istehlakçının pulu olmasa belə ona xidmət etməyə hazırdırlar. Niyə? Çünki bu sabah daha çox alıcı deməkdir. Tədqiqatlara görə, insanlar belə xəbərləri 7-10 yaxud daha çox insanla bölüşür.
Artıq soğan lazım olmur. Əsas əlaqələr və məmnunluqdur.
Şərt o deyil ki, pul qazanmaq üçün səhər tezdən oyanıb işə başlayasan. Məsələn, mən səhər tezdən oyana bilmirəm. Nə etməliyəm? Bunun üçün bəhanə fikirləşmək işə yaramaz. Gərək alternativ yol axtarasan. Bir misal verim: İnterneti “işğal” etmək. İnternetin bizə məlum olan və məlum olmayan tərəfləri var. Məlum olanı bildiyiniz üçün onun haqqında yazmıyacam. Digər tərəfdən biznesdə istifadə edirlər. Bunu keçmişdə olan işğallara bənzətmək istəyirəm. Bir növ şirkətlər “xərac” toplamış olur. Keçmişdən fərqi odur ki, burada zorakılıq yoxdur. Bəzi marketoloqlar düşünürlər ki, insanlar nə istədiyini bilmədiyinə görə əmtəə istehsalında onlarla “məsləhətləşmək” lazım deyil. Bir tərəfdən e-biznes onlar üçün deyil. Çünki insanlara göndərilən lazımsız reklamlar müştərini uzaqlaşdırır. Amma digər tərəfdən yanaşsaq, reklamlar bizim sol beynimizə “zorakılıqla” yeridilir. Biz sərbəst olduğumuzu düşünürük. Əslində isə reklamları sevməsək də məcburən baxmalı oluruq. Bu “işğallarda” qalib gələnlər xeyli gəlir əldə edir.
Simsiz kommunikasiya sayəsində qlobal birləşmə imkanı daha da genişlənir. E-biznesdə insanlar asanlıqla öz təklif və iradlarını bildirir. “Ebay” hər ticari müqavilə üzrə 15% komissiya haqqı tutmaqla alıcı və satıcını qovuşdurur. “Nevslibrary” 1-2 dollar müqabilində öz arxivlərini satır.
Bu “işğal” oyun kimi hamıya maraqlıdır.Gərəkdir ki, güclü silahlanaq. Bunun üçün aşağıdakılara riayət etmək lazımdır:
1.Məzmun-quruluş və dizayn
2.Tərkib-mətn.şəkillər,səslər,videosıra
3.İctimailik
4.Kastomizasiya-istifadəçilərə uyğunlaşdırılma
5.Kommunikasiya-sayt və istifadəçi arasında kommunikasiya
6.Əlaqə-başqa saytlarla əlaqə
7.Kommersiya – saytın kommersiya müqavilələrini həyata keçirməsi imkanları
İstifadənin asanlığı üç əsas xüsusiyyəti əks etdirir: yüklənmə sürəti, əsas məlumat vərəqinin (home page) asan anlaşılması, başqa səhifələrə keçmənin asanlığı. Şriftlər, rənglər oxumanı asanlaşdırır. Yeni ziyarətçilər cəlb etmək və onları daimi istifadəçilərə çevirmək üçün aşağıdakılar məqsədəuyğun hesab edilir:
1.Mövzu üzrə yaxın saytların linkləri ilə müşayiət olunan dolğun informasiyalar
2.Yenilənən xəbərlər
3.Yenilənən pulsuz təkliflər
4.Konkurs və prizlər
5.Yumor və zarafatlar
6.Oyunlar
Əks əlaqə də sayt haqqında insanların fikirlərini öyrənmək üçün lazımdır.
Broyler biznesi sərfəlidir
Tutaq ki, Siz yuxudan tez qalxa bilirsiniz, amma məvacibiniz Sizi qane etmir. Bunu üçün də müxtəlif yollar var. Əslində, çox vaxt insanlar gəlirlərini gizlətməyi sevirlər. Gəlin gizlənmiş gəlirlər siyahısından bir nümunə verim. Broyler toyuq biznesi. Bu çox gəlirli sahədir. Halbuki bunun haqqında çox az adam bilir. Praktiki olaraq bu biznesin içində olmuşam və şahidi olmuşam. Bir dəfəyə yatırdığın pulun 2 qatı qədər mənfəət əldə etmək olur.
Əvvəl bu iş bizə çox çətin gəlirdi. Birinci dəfə inkubatordan çıxan cücəni saxlamaq çox çətin görünə bilər. Amma bu o qədər də “qorxulu” deyil.
Ən vacibi cücənin saxlanacağı yeri qaydaya salmaqdır. Gigiyenik cəhətdən həmin sahəyə gərək çox diqqət yetirəsən. Yoxsa bəzi arzuolunmaz xəstəliklərlə üzləşməli olarsan. İstilik daim müəyyən olunmuş temperaturda qalmalıdır. Buna nəzarət üçün gərək bir termometr olsun. Döşəmənin beton olması yaxşı deyil. Gərək isti saxlayacaq bir şey olsun.
İlk vaxtlar cücələr o qədər də geniş yer tutmur. Amma vaxt keçdikcə böyüyüb daha geniş yer tuturlar. Yemək paylamaq da çətin deyil. Xüsusi qablardan istifadə edə bilərsiz. Həmin qablarda yem azaldıqca öz-özünə tənzimlənir. Suyun da həmin qablarda verilməsi məsləhətlidir. Su gərək qaynadılmış verilsin. Cücəlrin sağlamlığı üçün onlaın qidasına lazımi qaydada dərmanlar qatılmalıdır. Otağın işıqlandırılması da çox vacibdir. Bu cücələrin inkişafında çox vacibdir.
Cücələrin bəslənməsi üçün xüsusi yemlərdən istifadə olunur. Bunu işə başlasanız baytarla məsləhətləşmək daha vacibdir. Həmçinin, dərmanlar da gün olaraq fərqlənir. Hər gün müxtəlif dərman verilir və müəyyən dövrə qədər periodik olaraq təkrarlanır. 30-40 gün arası bütün şərtlərə əməl olunarsa cücələr kəsim üçün belə hazır vəziyyətə gətirilə bilər. Cücənin hansı cinsdən olması buna təsirsiz ötüşmür.
Ümumilikdə hesablasaq bir cücənin həmin müddətdə qidalanması təxmini 50 qəpiyə başa gəlir. Cücəni isə 45-50 qəpiyə almaq olur. Cəmi xərc 1 manatdan artıq deyil. Satış qiyməti 2 manat civarında olurdu. Bir aya 60 kvadrat metr sahədə 2 000 cücə saxlamaq mümkün olurdu. Müddətə və əziyyətə görə əldə olunan gəlir xeyli qənaətbəxş idi.
Bunlar ümumi məlumat idi. İşə başlamaq üçün peşəkarlar daha məsləhətlidir.
Yollar çox müxtəlif ola bilər. Amma məqsədə nail olmaq üçün ağılınızı işlətməlisiniz. Ümid edirəm bunların Sizə bir xeyri toxunacaq.
Avropada işləmək imkanı
is elanlari yeni vakansiyalar, is elanlari qezeti, iş elanları surucu, is elanlari lalafo, isci axtariram tecili, tap.az is elanlari 2016, ish elanlari 2016, disput.az is elanlari, is elanlari 2016 yeni, iw elanlari 2017, iş elanları 2017, is elanlari 2017, isci axtariram tecili, is elanlari lalafo, is elanlari 2016 boss az, is elanlari qezeti, azersun isci teleb olunur, isci teleb olunan yerler, isci teleb olunur 2017, tecili isci teleb olunur 2017, iw elanlari 2017, is axtariram 2017, lalafo is elanlari 2017, is elanlari lalafo, isci axtariram tecili, is elanlari yeni vakansiyalar, is elanlari lalafo, is elanlari qezeti, iş elanları surucu, tap.az is elanlari 2016, disput.az is elanlari, iş elanları 2017, is elanlari, iş elanları, is elanlari 2016, iw elanlari, is elanlari, 2015 iş elanları, 2016 is elani, iw elanlari 2016, ev alqi satqisi, iş elanları, 2015 elanlar, yeni is elanlari, iş elanları saytları, en son is elanlari, ish elanlari, yeni is elanlari, 2016 iw elani, iw elanlari, yeni elan saytlari, iw elanlari 2015, birja, is elanlari, vakansiyalar, is elanlari, vakansiyalar, iw elanlari sayti, 2015 yeni iw elanlari, is elanlar, is elani 2016, is vakansiyalari