Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 100,2 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 84,2 faiz artıb.
Altı ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 22,3 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,9 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 29,0 faiz artıb.