“LG Electronics” şirkəti ikinci rübdə şirkətin əməliyyat gəlirlərinin bir il əvvəlkindən 14 faiz çox olacağını proqnozlaşdırsa da, bu özünü doğrultmayıb.
İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, ilkin hesablamalara əsasən, şirkətin əməliyyat gəlirləri 574,7 milyon dollar təşkil edib. Bir il ərzində gəlirlər 3,9 faiz artıb ki, bu da gözlənilənlərdən aşağıdır.
Bu göstəricinin pisləşməsinə səbəb mobil bölmədir. Baxmayaraq ki, o bölmə ilə bağlı məlumatlar hələlik dərc edilməyib. Sahənin müşahidəçiləri əmindir ki, bu bölmə doqquzuncu dəfədir ard-arda olaraq zərərlə işləyir.
Nəticələrin dərc edilməsi ona gətirib çıxarıb ki, şirkətin səhmləri 4,2 faiz ucuzlaşıb.