Dünya nəhənglərindən art-arda satın alma xəbərləri gəlir. Amazonun ABŞ-ın qida nəhəngi Whole Goods’u 13,7 milyard dollara satın almasından sonra Walmart’dan da bir satın alma xəbəri gəldi.
Amazon və Walmart arasındakı satın alma döyüşləri davam edir. Amazonun Whole Goods’u satın almasından sonra məşhur mağaza şəbəkəsi Walmart, kişi geyim markası Bonobos’u 310 milyon dollara almağa hazırlaşır.
Bu razılaşma, Walmart’ın online kanalındakı moda məhsullarını gücləndirərək böyük rəqibi Amazon ilə daha yaxşı rəqabət edə bilməsi olaraq qiymətləndirilərkən, BONOBOS kimi gənc istehlakçıya xitab edən bir markanı satın alaraq özünü daha “cazibədar” hala gətirmək istəməsi olaraq da şərh olunur.