Təşəbbüskarlara ilham verəcək 5 serial

Date:

Paylaş:

Daha əvvəl təşəbbüskarlara ilham verə biləcək kitabları və filmləri paylaşmışdıq. Bu dəfə təşəbbüskarlara ilham verəcək seriallar haqqında yazırıq.

Halt And Catch Fire

Serial 1980-1990 illər arasında baş verən texnoloji hadisələrdən bəhs edir. Serialın adı da kompyuter əmri olan Halt and Catch Fire-dən yaranıb. Bu əmr kompyuterə verilən zaman kompyuter əməliyyatı yerinə yetirənə qədər təkrarlanır.

IBM, Apple və digər şirkətlərin də adlarının tez-tez hallandığı serialda həmin dövrün texnoloji hadisələrini izləyəcəksiniz.

Silicon Valley

1980-ci illərdə Aviatoda işləmiş, evini kiçik bir inkubasiya mərkəzinə çevirən mühəndisinin başına gələn əyləncəli hadisələrdən bəhs edir.

How Make It In America

New Yorkda yaşayan Ben və Cameron bir moda şirkəti qurmağa çalışır. Bu zaman ərzində baş verən real hadisələrə şahid olacaqsınız.

Black Mirror

Bilməyənlər üçün bəhs edək: Black Mirror, müasir cəmiyyətin və bu cəmiyyət içindəki fərdin problemlərini, yeni texnologiyaların gətirdiklərini və mövcud dünyada baş verən siyasət, media, sənət elementlərini şərh edir. Gələcəyin texnologiyalarını anlamaq, fürsətləri tutmaq istəyən bir təşəbbüskar üçün çox gözəl serialdır.

Girlboss

Serial ebayda geyim sataraq öz biznesini quran və 27 yaşında Nasty Gal markasını milyonlarla dollarlıq bir moda imperatoruna çevirən Amurosunun hekayəsindən bəhs edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...