Bakıda yeni Lambirghini modeli satışa çıxarılıb. Söhbət yeni Lambirghini Aventador S modelindən gedir. Bu barədə Fins.az-a Azərbaycanda Lamborghini şirkətinin rəsmi nümayəndəliyi olan “Avtolux Azərbaycan” şirkətindən bildirilib. Lamborghini-nin V12 flaqmanının növbəti nəsli aerodinamik performansa yönəlik yeni ikonik dizayn xüsusiyyətləri, yeni dörd-təkər idarəetməsi sistemi, əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş asqı və elektronika, eləcə də istəyə uyğunlaşdırıla bilən idarəetmə rejimləri ilə təhciz edilib. 740 AG-nə malik daha güclü V12 mühərriki 2.9 saniyədə 0-100km/saat sürət yığır. Maksimal sürət 350 km/saat təşkil edir.
Lamborghini Aventador S yeni aerodinamik dizaynı, təkmilləşdirilmiş asqısı, artırılmış gücü və yeni idarəetmə dinamikası ilə xarakterizə olunur.
Yeni Aventador S-in dizaynı yeni Aventador nəslini aydın şəkildə təcəssüm etdirir. Aventador S Aventador nəslinə xas profilini qoruyub saxlamaqla yanaşı bir sıra dizayn dəyişiklikləri, xüsusilə ön və arxa hissədə eksteryer yenilikləri ilə fərqlənir. Hər dəyişdirilmiş komponent Aventadora xas kompleks və güclü dinamizmi vurğulamaqla yanaşı maksimum aerodinamik səmərəliliyə nail olmaq baxımından yenidən dizayn olunub.
Aktiv arxa qanad, sürət və idarəetmə seçimi rejimlərindən asılı olaraq üç pozisiyada hərəkət etdirilə bilir və avtomobilin ümumi balansını optimallaşdırır.
Dörd şah əsər idarəetmə zövqünü mükəmməlləşdirir:
Dördü də çəkən təkərlər, yeni aktiv asqı sistemi, yeni dörd təkərli idarəetmə sistemi və yeni EGO idarəetmə rejimi
Aventador nəslinin unikal və son dərəcə sərt, yüngül çəkili karbon lifli monokokuna alüminium çərçivələr əlavəsi ilə qurulan Aventador S şassisinin quru çəkisi cəmi 1575 kq-dır.
EGO konsepti – fərdiləşdirilə bilən idarəetmə rejimi
Aventador S sürücüyə dörd fərqli idarəetmə rejimi arasında seçim etmək imkanı verir: STRADA, SPORT, CORSA və yeni EGO rejimləri. Bu rejimlər dartma hərəkətinə (mühərrik, sürət qutusu, 4 təkər idarəetməsi), dönməyə (LRS, LDS, Servotronic) və asqıya (LMS) təsir göstərir.
STRADA maksimum rahatlıq təmin edir və gündəlik istifadə üçün əlverişlidir. SPORT rejimi idman üslublu arxa ox idarəetməsinin zövqünü yaşadrır. CORSA isə maksimum yarış performansı üçün uyğundur.
EGO yeni idarəetmə rejimidir. Bu rejim bir neçə əlavə və fərdi tənzimləmə profilləri təqdim edir, onlar sürücü tərəfindən üstünlük verdiyi dartı qüvvəsi, dönmə və asqı meyarlarına əsasən fərdiləşdirilə bilir.
Mühərrik
Lamborghini Aventador avtomobilinin təbii üfürməli 12 silindrli, 6.5 litrlik mühərriki öz sələfindən 40 AG çox olmaqla maksimum 740 AG təqdim edir və 5500 dövr/dəqiqədə 690 Nm fırlanma anına malikdir. Gücü daha da artırmaq üçün həm VVT (Dəyişən klapan zamanlaması) və VIS (Dəyişən işəsalma sistemləri) optimallaşdırılır. Bundan əlavə, maksimum mühərrik dövrü 8,350 dövr/dəqiqədən 8500 dövr/dəqiqəyədək artır. 1575 kq quru çəkisi 2.13 kq/ag çəki-güc nisbəti təqdim edir. 2.9 saniyədə 0-100 km/saat sürətlənmə xüsusiyyətinə malikdir, maksimal sürəti isə 350 km/saatdır. Transmissiya Lamborghini avtomobillərinin yüngülçəkili, 50 milli-saniyəyədək müddətdə robotlaşdırılmış sürət dəyişmələri təqdim edən Sərbəst Dəyişən Ling (ISR) mexanizminə malik 7 pilləli ötürmə sistemi tərəfindən həyata keçirilir.
Sələfində olduğu kimi Aventador S səmərəlilik məqsədi ilə stop/start və silindr deaktivasiyası sistemləri ilə təchiz olunub. Mühərrik imkanlarından tam istifadə tələb edilmədikdə bir silindr bankını söndürməklə on iki silindrdən altısını müvəqqəti olaraq deaktivasiya etmək mümkündür. Sürücü sürətlənmək istəyərsə, hiss olunmayacaq şəkildə sistem 12 silindr rejiminə dərhal geri qayıdır.