Barack Obama Vaşinqtonda 8 yataq otağlı, 9 hamamlı və ağ mərmərlə döşənmiş 760 kvadrat metrlik bir malikanə satın aldı.
Washington Post qəzeti Obama ailəsinin bu malikanənin 8 milyon dollara satın aldığını bildirir. Evin bundan əvvəlki sahibi Bill Clintonun mətbuat katibi Joe Lockhardt olub. Obama və ailəsi ən az 2.5 il Vaşinqtonda qalacaqlarına görə kirayə ev tutmaq əvəzinə ev almağa üstünlük veriblər.