Lüks avtomobil istehsalçıları arasında ən mötəbər statusdakı markalardan biri olan Rolls-Royce, yeni istehsal etdiyi Sweptail modeli ilə Bugatti, Ferrari və s. lüks avtomobil istehsalçılarının avtomobillərini “ucuz” qoymağı hədəfləyir.
“Marja” xəbər verir ki, “Sweptail” sırf əl işidir və 1930-cu illərin “Rolls-Royce” avtomobillərinin üslubuna xas dizayn edilib.
Söylənənlərə görə, yeni avtomobilin dəyəri 10 milyon avrodur. Bununla da, “Rolls-Royce Sweptail” dünyanın ən bahalı avtomobili hesab edilə bilər.
Avtomobilin qiymətinin həqiqətən də belə olub-olmadığına dair suala, “spekulyasiya” cavabını verən şirkətin İcraçı Direktoru Torsten Müller-Ötvös, buna qarşı “avtomobil olduqca bahalıdır. Hətta, yəqin ki, indiyə qədər istehsal edilmiş ən bahalı avtomobildir” açıqlamasını da edib.