Alibaba Çin qida startupına $1 milyard investisiyaya hazırlaşır

Date:

Paylaş:

Ele.me, çin  ərzaq çatdırma servisi, Alibabadan $1 milyard investisiya almağa hazırlaşır.  Alibaba Çinin ən böyük elektron ticarət kompaniyasıdır, Ant Financial isə onun maliyyə qoludur.

Bloomberg məlumat verir ki, bol əhalisi olan bazarda fəaliyyət göstərən Ele.me bu sövdədən sonra, təxminən $5.5 -$6 milyard dollar arasında dəyərləndiriləcək.  Bu maliyyə yatırımı servisə, Alibabanın rəqibi Tencent Holdings tərəfindən dəsətəklənən, Meituan Dianping adlı rəqibinə qarşı rəqabət aparmağa kömək edəcək. Mobil telefon vasitəsi ilə qida- ərzaq sifarişi və gözəllik xidmətləri sifarişi bazarı Çində öz çiçəklənmə dövrünü yaşayır. Bloomberg qeyd edir ki, bu tip xidmətlərin satışı 2017-ci ildə $1.1 trilyon dollar həddini üstələyə bilər.

Çinli nəhənglər diversifikasiya axtarır

Qida-ərzaq çatdırılması sektoru Çində, həm Alibaba, həmdə onun yerli rəqibi encent üçün çox cəlb edicidir, çünki o böyüməkdə olan bazar seqmentini təmsil edir. Alibaba hazırda Ele.me-də ən böyük pay sahibidir, daha kiçik hissəyə malik Tencent isə öz payını böyütməyə çalışır, Bloomberg qeyd edir. Alibaba həmçinin  müştərilərə mobil telefonla  spa xidmətləri və  restoran rezervasiyası həyata keçirməyə imkan verən  Koubei servisinə sahibdir.

Banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...