Softbank ekran kartı və qrafik çip istehsalçısı Nvidiaya 4 milyard dollar yatırım etdiyini açıqlayıb. Yaponiyanın texnologiya nəhəngi Softbank ötən il ingilis çip istehsalçısı ARM-ı 32 milyard dollara satın almışdı.
Nvidianın səhmləri son illərdə yüksəlirdi və bu yatırımla birlikdə şirkətin bazar dəyəri 80 milyard dollara qədər yüksəldi.