“Facebook”da qeydiyyatdan keçmiş ilk 20 şəxs

Date:

Paylaş:

İlk qeydiyyatdan keçənlərin bəziləri bəlkə də nə vaxtsa, “Facebook”un bu dərəcədə şəbəkənin populyarlaşacağını düşünməmişdilər. Lakin həmin şəxslər hazırda “Facebook”da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.

İlk qeydiyyatdan keçən həmin 20 nəfərin siyahısını sizə təqdim edirik:

Mark Zukerberq 

Zukerberq Facebookun yaradıcısıdır. Hazırda da “Facebook”da fəaliyyət göstərir.

Kris Hyuz

Hyuz Facebookun həmtəsisçilərindən biri və Markın otaq yoldaşı olub. Hazırda Hyuz dünyanı dəyişdirmək üçün sosial mediadan istifadə etməyə çalışan Jumo start-up-ın banisidir.

Dastin Moskovits

Dastin Harvarddakı tələbəlik illərində Zukerberqin otaq yoldaşı olub. O, hazırda “Asana”nın həmtəsisçisidir və texnoloji start-up-ların maliyyələşdirilməsi ilə məşğuldur.

Arie Hasit

Hasit hal-hazırda İsraildə yaşayır və yerli dini qruplardan birinin mənəvi lideridir.

Endryu Makkolam

Endryu da Harvardı bitirmiş və Markla birlikdə “Əməliyyat sistemləri” dərslərinə girib. Zukerberq Makollamdan “Facebook”un ilk loqotipini hazırlamağı xahiş edib.

Kolin Kelli

Kelli son üç ili vəkil kimi fəaliyyət göstərib.

Mark Kaqanoviç

Kaqonoviç Zukerberqlə birlikdə riyaziyyat dərslərinə girirdi. 2013-cü ildə Kaqanoviç Stenford Universitetinin doktorluq dərəcəsini alıb. Hazırda Mark SolveBio şirkətinin təsisçisi və icraçı direktorudur.

Andrey Boros

Andrey hazırda Londonda yaşayır və “Capeview Capital” şirkətində işləyir.

Manuel Antonio Aqilar

Manuelin otaq yoldaşı Mark Kaqanoviç Mark Zukerberqlə riyaziyyat dərslərinə girirdi, o da Manuelin “Facebook”a qoşulmasında vasitəçilik edib. Hal-hazırda Manuel iki start-up-ın banisidir. Eyni zamanda o, “Cassa” tikinti şirkətinin prezidentidir.

Zak Berku

“Facebook” haqqında ilk dəfə AEPİ-dəki keçid vasitəsilə öyrənib. Harvardı bitirdikdən sonra Zak bir il İsraildə yaşayıb. Hazırda Zak Nyu-Yorkda rentgen şöbəsində işləyir.

Samur Layne

Samur Zukerberqin otaq yoldaşı idi. O, idmançı idi. Samur və Mark bəzən bütün gecəni PlayStation oynamaqla keçirirdilər. Layne 2012-ci il Londonda Olimpiya oyunlarında iştirak edib. Hal-hazırda o, kitab yazır və Haitida uşaq evlərinin tikilməsinə kömək edir.

Sara Qudin

Sara Facebooka qoşulmuş ilk qız idi. Sara da Harvardda təhsil almış, Markın otaq yoldaşı, Samur Layne ila dostluq edib. Hazırda Sara Kaliforniya İncəsənət Kollecində fəaliyyət göstərir.

Kang-Xing Jin

Jin də Harvardda təhsil alıb və Zukerberqlə ən azı iki eyni dərsə girirdi. O cümlədən, Jin Facebookun hazırlanmasında Marka kömək edib. Jin “Facebook”a universiteti bitirdikdən sonra, 2006-cı ildə qoşulub. Hazırda Jin “Facebook”da texniki direktordur.

Kolin Cekson

Cekson Facebook haqda ilk dəfə şəxsi qrupu AEPİ-dən xəbər tutmuşdur. Zukerberq özü də bu qrupun üzvü idi. Cekson Rokfeller Universitetində elmi işçi olmuşdur. Hal-hazırda isə “Tufts”da tibbi öyənir.

Devid Cekus

Cekus da 2006-cı ildə Harvard Universitetini bitirib. Bundan sonra o, Nyu-Yorka köçmüş və “Aquiline Advisors”da analitik kimi işə başlayıb.

Devid Hammer

Devid Harvardın keçmiş tələbələrindən idi və Facebookun digər istifadəçiləri, o cümlədən, Zukerberqlə tanış idi. Harvardı bitirdikdən sonra Devid “Google”da işə başlayıb. Eyni zamanda o, “Emissary.io” şirkətinin əsasını qoyub.

Alana V.Devis

Devis də həmçinin, Zukerberqlə Harvarddan tanış idi, odur ki, o da Eboni kimi ilk istifadəçilərdəndir. Hal-hazırda Alana “Google”da işləyir.

Eboni Hazl

Eboni 2002-2006-cı illərdə Harvardda təhsil alıb. O, Mark Zukerberqlə elə həmin vaxtlarda dostluq edirdi. Buna görə də Eboni şəbəkədə qeydiyyatdan keçmiş ilk insanlardandır. Hazırda Eboni “Gibson Dunn & Crutcher”in əməkdaşıdır.

Eduardo Saverin

Saverin Zukerberqin varlı dostu idi. O, ilk vaxtlar Zukerberqə şirkətini maliyyələşdirməkdə kömək edirdi. Eyni zamanda Eduardo “Facebook”un reklamı ilə məşğul olurdu. “Facebook”da həmtəsisçi statusunun saxlanılması ilə bağlı məhkəmə işini udduqdan sonra Saverin start-up-ların maliyyələşdirilməsinə başlayıb.

Co Qrin

Qrin əvvəldən “facebook”la bağlı olub. O, Zukerberqə “Facebook”un ilkin forması olan “Face Mash”-in hazırlanmasında kömək edib. Lakin sonralar “Face Mash” Co və Zukerberq üçün problemə çevrilib. Buna görə də Conun atası oğlunun Zukerberqlə işləməsinin əleyhinə idi. Buna baxmayaraq, Co Mark hazırda bütün dünyada məşhur olan şəbəkəni istifadəyə buraxdıqda onun yanında olan azsaylı insanlardan biri idi. Hazırda Co “FWD.us”-ın həmtəsisçisidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...