Dünyanın ən bahalı evi bu ölkədə satılır

Date:

Paylaş:

Monakoda dünyanın ən bahalı daşınmaz əmlakı satılır. “Savvills” şirkətinin hesabatına görə 2016-ci ildə knyazlığda evlərin qiyməti rekord həddə çatıb – 1 kvadrat metr üçün 41.4 min avro.
Son 10 il ərzində bu ölkədə yerli mənzillərin qiyməti 180% artıb.
Belə bir bahalaşma – inkişaf etmiş iqtisadiyyatlar üçün nonsensdır.
Analitiklərin sözlərinə görə, Monakoda yeni tikililərdə mənzillərin orta qiyməti 13,7 milyon avro təşkil edir. Təkrar bazarda isə evlər bu məbləğdən təxminən üç dəfə ucuzdur.
“Savvills” şirkətinin hesabatına görə, ən bahalı evlər bu şəhərlərdədir:
  • Hon Konq – 1 m² üçün orta hesabla 39.1 min avro,
  • Tokio – 1 m² üçün orta hesabla 29.2 min avro
  • London – 1 m² üçün 17.7 min avro,
  • Nyu-York – 1 m² üçün 16.7 min avro.
2016-cı ilin payızında Monakoda knyazlığın ən uzun göydələnində -“Tower Odeon» kompleksində yerləşən penthaus satışa çıxarılmışdı. Göydələnin 5 mərtəbəsini tutan mənzil 335 milyon dollara qiymətləndirildi. Bu isə beynəlxalq daşınmaz əmlak bazarı üçün rekorddur.
fins.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...