Milyonçu olmağın 9 üstünlüyü

Date:

Paylaş:

“Pul əl çirkidir” və ya “Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasın düzəldər, pul da insanın” kimi ifadələri unudun. Pula qarşı münasibətiniz dəyişməsə, onların da sizə qarşı münasibəti dəyişməz. Pulların insanlara yaratdığı imkanları birlikdə nəzərdən keçirək. Nəyə görə milyonçu olmağa dəyər?

Azadlıq

Müsahibələrini oxuduğum milyonçuların və zəngin insanların fikirlərindən belə qənaətə gəldim ki, onları varlanmağa sövq edən əsas hiss – azad olmaq hissidir. Yəni istədiyini və istədiyin vaxt etmək üçün milyonların olmalıdır.

Seçim

Azadlıq isə sənə seçim (alternativ) şansı verir. Sağa ya sola getmək və ya könlündən keçən istənilən istiqamətdə hərəkət etmək imkanı. Başqalarının pul sahib olmadan, sahib ola bilməyəcəyi imkanları seçmək şansı.

Qərarlar

Seçimlərlə isə qərarlar gəlir. Əlbəttə bu qədər seçimlər sizi yalnış qərarlara aparır. Milyonçuların çoxu həyatlarında kifayət qədər səhvlərə yol verir, amma məhz bu səhvlər onlara təcrübə qazandırır və ekspertə çevirir. Çünki  onlar bu səriştə ilə daha böyük risklərə gedir və əlbəttə ki, mükafatları da böyük olur.

Havayı şeylər

Bəli milyonçu olduqdan sonra, çox şeyləri sizə havayı verirlər. Sizcə milyonçuların nəyisə pulsuz-havayı almasını səbəbi nədir, axı onların istədiyi şeyi alcaq qədər pulları vardır. Lakin onlar pulsuz şeylərdən, endirimlərdən və hədiyyələrdən də yararlanır. Bununla onlar öz sərvətlərini və milyonçu statusunu qorumağı, həmçinin var dövlətlərini artırmağı da bacarır.

Əlaqələr – münasibətlər

“Zənginlər – daha da zənginləşir” deyimini eşitmisiniz. Çünkü onlar uşaqlarını da bu ruhda böyüdür. Onlar ətrafları ilə münasibətlər qurur və bu əlaqələr üzərində şəbəkələşir. Əgər sizin pulunuz varsa, insanlar ən yaxşı sövdələr, biznes və investisiyalar ilə bağlı sizin yanınıza təkliflərlə gəlir və bütün bunlar yeni fürsətlərə qapılar açır. Əgər mənim yanıma yaxşı təkliflə gəliblərsə, mənim pulum ona yatırım edəcək qədər deyilsə, mən kontaktları işə salaraq, öz dostlarıma ya şəbəkədəki insanlara ondan bəhrələnməyi tövsiyə edəcəm.

Əyləncə

Milyonçular daha yaxşı əylənir. Onların dünyanı gəzmək və digərlərinin heç vaxt etmədiyi və görmədiyi yerləri kəşf etmək imkanı olur. Onların ən sevdiyi məkanın hara olduğunu soruşanda, hər dəfə fərqli, bilmədiyin və eşitməyin bir yeri öyrənirsən. Bəlkə də gəzmək sizə cəlb edici görünmür, lakin zəngin insanların maraqlı, bahalı əyləncələri olur. Məsələn, bahalı avtomobil, saat, at, kitab kolleksiyaları, zənginlərin iştirak edə biləcəyi hobbilər. Əlbəttə hər şey insanların əyləncə anlayışından asılı olaraq dəyişir. Bahalı idman növləri, kosmosa səyahət, şəxsi salon və s.

Xeyriyyəçilk

Bütün zəngin insanlar qazancının bir hissəsini ehtiyacı olanlara bağışlayır. Kiməsə köməkdən gözəl daha nə ola bilər. Mən inanıram ki, imkanınız olsa, siz də başqalarına daha çox kömək edərsiniz. Zəngin insanlar xeyriyyəçilikdən böyük zövq alır, bu sənə digərlərini məmnun etmə həzzini yaşadır. Özün ehtiyac içində ikən, başqalarının ehtiyaclarını düşünmək isə çətinləşir.

Zahiri görünüş

Zənginlik, yaxşı həyat insanı gözəlləşdirir. Daha sağlam həyat tərzi sürmək və daha keyfiyyəli yaşamaq imkanı verir. Milyonçuların çoxu özlərini yaxşı formada saxlamağı bacarır. Sadəcə fiziki görünüşü deyil, ruhsal və mənəvi durumlarını da qoruyur, şəxsi məşqçiləri, mentorları ilə məsləhətləşir. Azru etdikləri nəticəyə nail olmaq üçün özlərini peşəkarlar ilə əhatə edir.

Resurslar

Zəngin insanların sərəncamında resurslar hazır vəziyyətdə onları gözləyir. Məsələn uşaqlarınızın daha yaxşı məktəbdə oxumağını, daha yaxşı qonşular olan məhəllədə yaşamağı, dünyaya səyahət etməyi arzu edirsinizsə, milyonçu olduqda şanslarınız daha çoxdur.

banco.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...