“Sağcan” ifadəsi qulağa xoş gəldiyi kimi , bu adın ağırlığını qaldıracaq məkanların olması da sağlamlığımıza xoş təsir edəcək. Menyusunda şəfalı ot bitkilərindən dəmlənən çayların, yabanı və mədəni halda bitən bitklərdən və tərəvəzlərdən hazırlanan təamların təklif olunduğu məkanların yaranmasına təlabat bunu zəruri edib.
Vətənimizin müxtəlif regionlarında mədəni və yabanı halda bitən bitkilərdən hazırlanan təamlar və şəfalı ot bitkilərindən dəmlənən çaylar süfrəmizin bəzəyidir. Eyni zamanda uzunömürlü və sağlam insanların qida rasionunun əsasını təşkil edir. Digər vasitələr kimi keyfiyyətli qidalara olan tələbat da mütəmadi olaraq artmaqdadır.
Hər keçən gün daha da artan sağlam qidalara tələbat, sağlamlığımızı qoruyan qidalar təklif edən məkanların olması zərurətini yaradır. Hansı ki,orada təklif olunacaq təamların hazırlanması zamanı istifadə olunan inqridiyentlər bitki və tərəvəz tərkibli olması xüsusilə diqqətdə saxlanmalıdır. Nəzərə alsaq ki, ölkəmizdə şəkər xəstəliyindən və köklükdən əziyyət çəkənlərin sayı ildən ilə artır və insanlar hər vəchlə düzgün vasitələrlə sağlamlıqlarına qovuşmağa çalışırlar, onda düşündüyümüz məkanın açılması labüdləşir.
Müxtəlif regionların əhalisinin tarix boyu istifadə etdikləri teəmlar və çaylar şəhər sakinlərinin tanımadıqları “dad”lardır. Bu lahiyə vasitəsilə biz yeni kimi görünüb, əslində isə tarixi böyük olan “dad”ları onların ixtiyarına vermək imkanı əldə etmiş olacağıq. Diqqət yetirməli olduğumuz məqam odur ki, sağlamlığımız üçün təhlükəli olan “fast food”lar öz yerlərini bitki tərkibli “yerli dad”lara verməlidir.
Bunun üçün ilkin olaraq bütün regionlar üzrə təamların hazırlanma reseptini əldə etmək lazımdır. Həmin reseptlərə uyğun yabanı və mədəni bitkilərin, tərəvəzlərin əldə edilməsi istiqamətləri müəyyən edilməlidir. Növbəti mərhələdə məkanın yüksək servislə işə başlamasını təmin etmək lazımdır.
Paralel olaraq müalicəvi əhəmiyyətli otlardan, bitki köklərindən və meyvələrindən hazırlanan çayların da resepti hazırlanmalıdır. Bu mərhələlərin vəhdətində onların KİV-də və sosial şəbəkələrdə tanıdılma tədbirləri də görülməlidir.
RISKLƏR
İlkin risk Azərbaycan əhalisinin böyük əksəriyyətinin istehlak səbətinin əsasını ət və ət məhsullarından hazırlanan qidalar təşkil etdiyi üçün bitki və tərəvəz tərkibli qidalara tələbat gözləntilərə uygun olmaya bilər. Lakin “sağlamlıq” faktorunu vurğulayaraq, təbliğatlar aparmaqla yüksək nəticələr əldə etmək olar.
İkinci risk lahiyənin bütün yaş qrupları arasında tanıdılmasının çətinliyidir. Orta və yaşlı nəslin nümayəndələrini cəlb etmək nisbətən asan ola bilər. Çünki müəyyən yaş çağlarında bizim təklif edəcəyimiz təamlardan və çaylardan istifadə etmə ehtimalları böyükdür. Lakin göstərilən qrup üçün ev şəraitində əldə etdikləri məmnunluq, ayrı-ayrı məkanlarda olan məmnunluqdan daha üstündür. Əksinə, gənc yaş qrupları üçün isə ayrı-ayrı məkanlardan əldə etdiyi məmnunluq daha yüksək olsa da, onların düşüncələrində əsas mövqeni artıq “fast food” yeməkləri zəbt edib.
Düşünürəm ki,marketinq alətlərindən istifadə etməklə nisbəti sağlam tərkibli qidaların hesabına dəyişmək mümkündür.
Müəllif: Nuranə Məmmədova