Almaniyanın “Borussiya” klubunun stadionu müalicə mərkəzinə çevrilir.
Bu barədə məlumatı Dortmund təmsilçisi yayıb. Məlumata görə, 81 min azarkeş tutumuna malik olan “Siqnal İduna Park” koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində müalicə mərkəzinə çevriləcək.
Qeyd edək ki, daha öncə Braziliyanın nəhəng “Marakana” stadionu da eyni məqsədlə istifadəyə verilib.
Qafqazinfo.