Buglance – Son iki ildə olan yeniliklər: əvvəl harada idik, indi hardayıq

Date:

Paylaş:

Buglance haqqında olan ən son postumuzdan demək olar ki, iki il keçib.

Bu iki il ərzində çox şeyə nail olduq, inkişaf etdik və bizdə optimal yanaşma formalaşdı . Ən son planımız dünya bazarına çıxmaq olub.

Bu planımız baş tutdu, həm də necə. Biz dünyanın müxtəlif nöqtələrindən olan komandaların proqramlarında səhvlər (‘bug’lar) tapa bilmişik və tapmaqda da davam edirik. Həmin komandalar əsasən Amerikadan və Avropadan olanlardır. Bundan başqa, gözlənilməz olsa da Maltadan da var.

İkinci hədəfimiz platformamızda testerlərin sayının artırılmasıdır. 19 ay ərzində onların sayı dörd dəfə artıb – 11-dən 40-a.

Çoxlu tester çoxlu testdən çıxmış cihaz deməkdir. Çoxlu tester  və cihazsa çoxlu xətaların tapılması deməkdir. Buglance  milyonlarla səhvin dörddə birindən çoxunu tapa bilib.

İnvestisiyalar və sürətləndirmə

Startap mühitində olan ən tanınmış oyunçulardan ikisi ilə işləməyə başladıq – Techstars və 500 Startups. Nəticədə biz Techstars-dan 120 min dollar , 500 Startups-dan isə 100 min dollar əldə etmişik.

Techstars-a qoşulmaqla bu ilin yanvarında biz onların akselerasiya (sürətləndirmə) proqramında iştiraka başladıq. Proqram çox uğurla keçdi və prosesdə biz çox çey öyrəndik. Bundan başqa, proqram özü digər istiqmətlərə də təkan verən şərtlər yaratdı.

Məsələn, bu təkanlardan biri komandamızın dinamikasında özünü göstərdi. Buglance-ın xarakterinə görə, komandanın bütün dünyaya “səpələnmə”si çox təbii idi. Techstars proqramı nəhayət ki, bütün komanda üzvlərini bir yerə yığmaq imkanı yaratdı. Bu, komandaya və onun ruhuna müsbət təsir göstərdi.

Qeyd etmək lazımdır ki, proqram həm də bizə xeyrxahlıq əlaqələri yaratmaqda və investorlar şəbəkəsinə daxil olmaqla kömək oldu.

Müştərilər və biznes model

Hədəf auditoriyamızın çoxalması biznes modelə də öz təsirini göstərir. Biz başa düşdük ki, Buglance-a  bazarın qəbul etdiyi və onun tərəfindən təsdiqlənmiş biznes model lazımdır.

Bəs bu model hansıdır?

Lap əvvəldən bizi “pay as you go” modeli cəlb edib. Biz qiymət siyasətimizi dəyişmişik. Qiymət, virusların (bug) gücündən asılı olaraq 1 dollarla 10 dollar arasında dəyişir.

Bu model nəzəriyyə və praktikada kiçik-orta komandaları cəlb edib. Müştəri sayı da artdı. Amma  tezliklə biz gördük ki, yazılan komandalar məhsulumuzdan bir dəfə istifadə edirlər və bir daha ancaq bir neçə aydan sonra  qayıdırlar. Və sual yaranır ki, niyə?

Aydın oldu ki, kiçik komandaların əksəriyyətinə ehtiyac olmur və praktikada,  tez-tez məhsul sınağı həyata keçirmirlər. Bəs böyük komandalar  yaxud da çox böyük şirkətlərin daxilindəki komandalar necə?

Belə komanadalar adətən,  çox geniş yayılmış Agile proqramı metodologiyasından istifadə edirlər. Bu metodologiya ilə işləyən komandaların hər biri çox vaxt “sprint” adlanan və 2 həftədən 4 həftəyədək çəkən öz tətbiq versiyalarını və yenilənmələr yerləşdirirlər. Bu hallarda test mütləqdir. Belə komandaların və şirkətlərin böyüklüyünü nəzərə alsaq bu, çox vacibdir.

Artıq bizim auditoriyamız – orta/böyük komandalardır. Bununla əlaqədar olaraq, biz qiymət siyasətimizə aylıq abunəliyi də əlavə etdik.

Məhsul – dəyişikliklər və yeniliklər

Daha bir yaxşı xəbər – yeni məhsul üzərində işlərə başladıq!

Platformanın hazırlanması orqanik olaraq bizim problemi həll etmək cəhdimizlə başladı. Müştəri sayımız artanda  və göstəricilərimiz yaxşılaşanda bununla bəzi problemlərimiz də yaranmağa başladı. Bunlardan biri –  testerlərin tutduğu səhvlərin təsdiqlənməsi.

İlk versiyada biz səhvlərin təsdiqlənməsi ilə bağlı təlimlər verdik. Sistem hesabatlarda dilin düzgünlüyünü və onların təkrarlanmasını müəyyən edirdi. Proqram, səhv ehtimalı yüksək olduğu hallarda özü lazımi tədbirlər görürdü. Bu ehtimal az olanda isə son qərarə gələn sistem moderatorlarına tövsiyələr verilirdi.

Sistem kifayət qədər olmasa da operativliyimizi təkmilləşdirdi. Bu proqramın ilkin versiyasının əsas problemi onun dəstəklənməsi üçün lazım olan moderator sayı idi.

Buna görə də biz kraudsorsinqə müraciət etmək qərarına gəldik. Bundan başqa, əsas komponentimiz olan testerlər icmamız var!

Belə ki, böyük təcrübəsi olan  və səhvlərin tapılmasında yaxşı nəticələr göstərənlər moderator olurlar. Onlar yeni sistemimizdəki alətlərə giriş qazanırlar və səhvlərin validasiyasına (təsdiqlənmə) görə pul mükafatı alırlar.

Məsələn, səhvi göstərəndə moderatorlar fərqli xassələrə və saya malik səhvləri təsdiqləyirlər. Sistemdə əksəriyyət qaydası var, yəni həlledici səs bir moderatordan asılı olmur. Yekun qərar da fərdi moderatorlar reytinqinə təsir göstərir.

Bu sistem sayəsində,nəticədə,  Buglance-ın həm problemləri həll olundu, həm də əhatəsi genişləndi və eyni zamanda minlərlə müştəriyə xidmət etmək imkanı yarandı.

Daha bir sevindirici xəbər Buglance bloqun yaranması ilə bağlıdır. Bunu hazırlamaqda məqsədimiz təcrübələrimizi bölüşmək və “no bullshit” adlanan material yaratmaqdır. O, qısaca və ən əsası texniki cəhətdən düzgün şəkildə testlə bağlı müxtəlif mövzuları təsvir edir.

Biz həm də testlər sahəsində ən yaxşı təcrübələri və yanaşmaları əhatə edən,  müxtəlif sınaq texnikaları ilə bağlı olan, eyni zamanda kraudtestlə əlaqəli məqalələr hazırlamaq qərarına gəldik. Buna, “funksional və qeyri-funksional test tipləri”, “mobil tətbiqləri test etməyin 5 fərqli yolu” və “testə başlamazdan öncə edilməsi lazım olan 20 iş” kimi yazıları deyə bilərik.

Komanda:  Az – daha yaxşıdır

Müştəri artdıqca və şirkət inkişaf etdikcə komandaya daha çox adam yığmaq məntiqi yanaşmadır və biz də belə etdik, komandaya daha çox proqramçı aldıq. Tezliklə, gördük ki, komandadakı insan sayı onun məhsuladrlığı ilə birabaşa mütənasiblik təşkil etmir. Biz inkişafdan qalırdıq. Çünki vaxtımız və gücümüz komandanın idarə olunmasına gedirdi.

Və bu dövrün öyrətdiyi ən vacib dərslərdən biri: az olsun yaxşı olsun.

Hazırki işlər və planlar

Dediyimiz kimi, son bir neçə ayda biz biznes model, satışlar və hədəf auditoriyası kimi bir neçə aspektlərdə təcrübələr apardıq və bu eksperimentlərdən, gələcək planlarımız üçün dərslər aldıq.

Bizim üçün hal-hazırda məhsul əsasdır. İnanırıq ki, əgər məhsulumuz auditoriyamızın problemini daha yüksək səviyyədə həll edəcəksə bizim onun satılmasında göstərdiyimiz səylər də daha effektiv olacaq.

Məhsul məsələsində biz diqqətlə bəzi test növlərinin üzərində işləyirik. Onlardan bəziləri, məsələn, araşdırma testləri (exploratory testing) platformada artıq vardır. Biz onların proseslərinin təkmilləşdirilməsi, platformanın özünün testerlərin köməyi olmadan avtomatik tapa bildiyi testlərin aradan qaldırılması üzərində işləyirik.

Əlavə olaraq, digər test növləri də daxil edirik, hansılar ki, əvvəl platformada olmayıblar, məsələn, təhlükəsizlik testi (security testing).

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...