Aprelin 7-də yeni Huawei P40 Pro flaqman smartfonu satışa çıxarılacaq.
The Financial Times qəzeti bu yeni modelin elektronikasının qadağa tələblərinə cavab vermədiyini bildirib. Belə ki, ABŞ hökumətinin qadağasına baxmayaraq sözügedən Çin şirkəti cihazda amerikan istehsalı olan materiallardan istifadə edib.
Xatırladaq ki, 2019-cu ilin mayında ABŞ-la Çin arasındakı ticarət müharibəsinin şərtlərinə görə, Tramp Administrasiyası Huawei-i qara siyahıya salıb.
Qadağalara baxmayaraq, Çin Huawei P40 smartfonunda rabitəni və internetə qoşulmanı təmin edən əsas tərkib hissələrindən – radiotezlik modullarından istifadə edib ki, onları da şirkət üçün əsasən Qualcomm, Skyworks və Qorvo kimi texnologiya nəhəngləri istehsal ediblər.
Məsələyə münasibət bildirən Qualcomm mənbəsi müvəqqəti lisenziyasının olduğnu desə də, Qorvo və Skyworks sorğuları cavabsız qoyublar.
Analitik Den Van bildirib ki, şirkət bir çox ameriakan dəstlərini artıq dəyişsə də hələ də Qorvo və Skyworks çiplərindən istifadə edir və bu da onunla izah olunur ki, ABŞ texnologiyasından asılılığı aradan qaldırmaq sadəcə çox çətindir.