Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsi nəzərdə tutulur.
Bununla bağlı Azərbaycanın Mənzil Məcəlləsinə dəyişiklik təklif edilir.
Məcəllənin 48.1-ci maddəsində qeyd olunur ki, sosial kirayə müqavilələri əsasında müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Təklif olunan dəyişikliyə əsasən aztəminatlı gənclər də bu siyahıya əlavə edilir.
Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.