Gravity ödəmə xidmətinin baş direktoru Den Prays pandemiya səbəbindən şirkətinin gəlirlərinin iki dəfə azalmasından sonra çətin problem qarşısında qalıb: işçilərin 20%-ni ixtisar etmək yoxsa müflis olmaq. Rəhbər işçilərin özündən kömək istəyib.
Prays bütün 210 əməkdaşı bir yerə yığıb və vəziyyətdən çıxış yolu tapmaq üçün onlardan məsləhətlər alıb. “Biz hamımız sadəcə pullarımı toplayıb ortaq büdcə yaratdıq” – Prays deyir.
Gravity komandası qeyri-ənənəvi strategiya üzərində dayanmalı olub. Belə ki, hər bir işçi şirkəti iflasdan qurtarmaq üçün müəyyən məbləğdə pul qoyur. Yüksık maaş alanlar az alanlarla müqayisədə daha çox pul ayırıblar.
Qeyd edək ki, Prays öz Tvitter hesabında sahibkarlara da müraciət edib: “Hörmətli CEO-lar, işçilərinizi ixtisara salmaqdansa onlarla söhbət edib problemi birlikdə həll etməyə çalışın.Biz aylıq gəlirimizin yarısını itirdik və iflasa doğru gedirdik. Bunu əməkdaşlarımıza deyəndə onlar könüllü olaraq öz məvaciblərindən kəsib, 8-12 ay ixtisarlar olmadan davam gətirməyimizi təmin etdilər”.