#Evdəqal deyirik. Bəs evdə nə edək?

Date:

Paylaş:

Fəxri Ağayev yazır…

Bu gün biz ölkə, xalq və millət olaraq çox ciddi bir dövrdən keçməkdəyik. Qarşımızda bir fakt var – dövlət tərəfindən bizim təhlükəsizliyimiz, sağlamlığımız və səhhətimiz üçün qərar verilib – 20 gün ərzində çox əhəmiyyətli səbəb olmadığı təqdirdə evdə oturmaq. Nə qədər çətin olsa da, biz bu mərhələni mütləq bu qərara tam riayət edərək keçməliyik.

Burada mühüm məqam budur ki, bəli, evdə qalmaq lazımdır, amma evdə qaldığımız müddət ərzində biz özümüzə nəzarəti heç bir şəkildə itirməməliyik və qarşıımızda olan günləri mümkün olduqca səmərəli və faydalı keçirməliyik.

İlk öncə, onu qeyd edim ki, təyin edilən 20 günlük karantin müddəti hər birimizdə pis və ya yaxşı vərdişlərin formalaşması üçün kifayət edəcək zamandır. Buna görə də düşüncələrimizdə, fikir və davranışlarımızda, bədən və əzələlərimizdə bir boşluğun yaranmasına, sadəcə, icazə verməməliyik.

Bu baxımdan, mənim birinci tövsiyəm budur ki, öz üzərinizdə intizam baxımından nəzarəti itirməyin. Evdə oturmadan öncəki dövrdə həyat tərziniz, davranış, gün axını necə idisə, elə də davam etməyə çalışın – eyni saatda oyanın, eyni tərzdə özünüzü səliqəyə salın, üstünüzü və xarici görünüşünüzü təmiz tutun. Məsələ bundadır ki, insanın xarici görünüşü onun psixoloji durumuna birbaşa təsir edir.

İkinci məsləhətim budur ki, öz beyninizin və gününüzün boş olmasına icazə verməyin. Gününüzü tamamilə doldurun, planlaşdırın və saatlara görə bölün. İnsanın gün ərzində faydalı işlər görməsi, beynini dolu tutması onun fikirlərində boşluqların olmasına imkan verməyəcək.

Hamımızın “vaxtım olsaydı, bunu edərdim” dediyimiz işlər çoxdur – evdəki hansısa işlə əlaqəli qutularda sənədləri sistemləşdirmək, böyük yaddaş kartının üzərində işləmək, layihələr üzərində çalışmaq. İndi bu işləri görməyin tam zamanıdır.

Idman edin. Bədəninizdəki əzələlərin tonusda saxlanılması, aktivliyi qorumaq, qəbul etdiyimiz qidalardakı kalorilərin yandırılması və evdə oturduğumuz zaman ərzində ruhdan düşməmək üçün idman ən yaxşı çıxış yollarından biridir. İdmanla məşğul olmaq üçün fitnes zalına və ya hovuza qətiyyən ehtiyac yoxdur – istəmək kifayət edir. Sosial şəbəkələrdə onlarla səhifələr var – evdə heç bir alət olmadan necə idman etmək olar.

Boş zamanınızı oxumaqla doldurun. Oxumaq qədər insana rahatlıq verən, beyni inkişaf etdirən, düşüncələrimizi sistemləşdirən ikinci məşğələ yoxdur. Bu gün vaxtımız çoxdur və hər gün mütaliə üçün iki saat ayırmaq o deməkdir ki, 20 günlük karantin müddətinin sonunda bir insan beş kitab oxuyub bitirə bilər. Burada sual yaranır ki, nə oxuyaq?

Digər məsləhətim – mənfi emosiyalardan və düşüncələrdən uzaq durun, gününüzü müsbət məqamlarla doldurun – ailənizlə bərabər komediya janrında filmlərə, seriallara baxın.

Bu gün qarşımızda bir neçə məsələ var – biz həm ölkə və dövlət olaraq bir olmalıyıq, həm dövlət qurumları tərəfindən alınan qərarları bütünlüklə tətbiq etməliyik, həm də ruhdan düşmədən güclü və möhkəm qalmalıyıq.

Fed.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...