Apple, Facebook və Uber kimi aparıcı şirkətlər virusla mübarizədə necə kömək olurlar?

Date:

Paylaş:

Pandemiya elan olunduqdan sonra  supermarketlər, kosmetika brendləri və iri sosial şəbəkələr kimi konkret bizneslərin nə ilə məşğul olmaları artıq önəm daşımır. Yəni müxtəlif seqmentlərədn olan şirkətlərin hamısı birmənalı olaraq, koronavirus xəstələrinə, onlara xidmət göstərən həkimlərə və təcriddə olan insanlara kömək etməyə çalışırlar.

“Stop & Shop” məhz yaşlılara və xroniki xəstələrə kömək məqsədilə gündə  saat yarım fəaliyyət göstərir

“Stop & Shop” supermarketlər şəbəkəsi, pandemiya zamanı yoluxma ehtimalı xüsusilə yüksək olan səhhəti zəif  insanlar üçün saat 6-dan 7:30-a kimi açıqdır. Həmin şəxslər yaşı 60-dan yuxarı və immuniteti zəif olanlardır. Şirkət istəyir ki, onlar yeni virusa yoluxmaqdan qorxmayaraq təhlükəsiz şəkildə alış-veriş edə bilsinlər.

“Louis Vuitton” sahibkarı öz parfumeriya müəssisələrində Fransa xəstəxanaları üçün antiseptik gellər istehsal edir

Fransanın  LVMH şirkəti ilk həftə üçün təxminən 12 ton antiseptik gel buraxmağı və onları fransa xəstəxanalarına pulsuz verməyi planlaşdırıb.

“L’Oréal” da əl üçün dezinfeksiyaedici vasitə istehsalına başlayır

Kosmetika şirkəti kremlər əvəzinə sanitariya vasitələri istehsal edəcək, həmçinin, könüllülər üçün gigiyenik dəstlərə 1 mln. avro ianə edəcək.

“Burger King” məktəbliləri karantində pulsuz yeməklə təmin edir

“Johnson & Johnson” çin xəstəxanalarına 1 milyon maska və 1300 cüt kontakt linza bəxşiş edib

Şirkət həm də elektrocərrahi generator və 48 min izopropil spirti şüşəsi də verib. Bu yardım vasitələri Çinin daha çox ziyan çəkən regionlarına çatdırılıb. Johnson & Johnson Çinin Qırmızı Xaç Fonduna (CRCF) da 1 milyon yuan ianə edib.

“MGM Resorts International” xeyriyyə təşkilatlarına qida bəxşiş edir

MGM Resorts kurortlar şəbəkəsi ABŞ-ın 8 ştatında qida bankları ilə əməkdaşlıq edir. Qida bankları,  təchizatçılardan və istehsalçılardan məhsulları yığıb ehtiyacı olanlara göndərən xeyriyyə təşkilatlarıdırlar.

U-Haul distant təhsil alan tələbələr üçün əşyaların pulsuz saxlanmasını təklif edir

Amerikan kollecləri distant təhsilə keçiblər və tələbələrdən bu vaxtları evdə keçirməyi tələb ediblər. Əşyalarını saxlamaq üçün evləri olmayanlara U-Haul, onlar üçün 30 günlük pulsuz saxlanc xidməti təqdim edib. “Fövqəladə vəziyyəti və kömək etmək imkanımızın olduğunu nəzərə alsaq,bu, sadəcə bir xeyirxahlıq jestidir” – deyə,  şirkət nümayəndəsi bildirib.

“Uber Eats” təcili yardım və xəstəxana həkimlərini yeməklə təmin edir

Uber Eats xidməti istehlakçıları yerli biznesi dəstəkləməyə təşviq etmək üçün 100 mindən çox müstəqil restoranın çatdırılma pulundan da imtina edib.

“Apple” tibb işçilərinə milyonlarla maska bəxşiş edir

Şirkətin rəhbəri Tim Kuk öz Tvitter hesabında məlumat verib ki, “Apple” səhiyyə xidməti təchizatçılarına COVİD-19-la mübarizə aparmaqda kömək edir: “Biz ABŞ və avropada tibb işçilərinə milyonlarla maska veririk və ön cəbhədə olan hər bir qəhrəmana təşəkkür edirik”.

“Facebook” xəstəxanalara 720 min maska verib

Facebook ilk əvvəl Kalifoniyada yanğın halları üçün aldığı 720 min tibbi maskanı xəstəxanalara bəxşiş edib. “Biz həm də ianə üçün milyonlarla pul toplamaq üzərində çalışırıq. Ümid edirəm hamınız sağlamsınız və təhlükəsizlikdəsiniz!” – Mark Zuckerberg öz Facebook səhifəsində deyib.

“Salesforce” Kaliforniya universitetinin tibbi mərkəzinə 9 min maska göndərib

“Biz bu həftə əlavə 5 milyon maska, üstəgəl əlavə fərdi qorunma vasitələri də təqdim etmək üçün bütün səylərimizi səfərbər edirik” – deyə, Salesforce-nin baş direktoru Mark Benioff bildirib.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...