Nüfuzlu iş adamı Prezidentin çağırışına qoşuldu

Date:

Paylaş:

Koronavirus pandemiyasının bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhbərliyinin  vətəndaşların sağlamlığını və Vətənin həyati vacib maraqlarını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir.

Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizin biznes strukturları fövqəladə həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdalı şirkət və sahibkarlardan dəstək gəlir, koronavirusla mübarizəyə milyonlarla manat həcmində ianələr ayırılır.  

Ölkə rəhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşımız – Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə  yaradılmış Fonda 2 000 000 manat  vəsait köçürüb.

Xatırladırıq ki, Koronavirusla Mübarizə Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə  mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...