1. Pulu yalnız, anladığınız (başınız çıxan) bir işə yatırım edin.
Pul yatırılan istənilən bir işin qazanc gətirəcəyi xülyasına düşmək olmaz.
2. Pulları təzyiq altında yatırım etmək olmaz.
Sizi inandırdılar, sizi aldatdılar, sizi sıxdılar. Xeyr, siz icazə vermisiniz ki, sizi inandırsınlar, sizi aldatsınlar, ya sizə təzyiq göstərsinlər. Hansı ki, aydın olmalıdır ki, əgər sizə təzyiq göstərirlərsə və siz isə daxildə müqavimət göstərirsinizsə, deməli burada qorunan heç də sizin maraqlarınız deyil.
3. Pulları mülkiyyət üzərində qazanmaq lazımdır, planlar üzərində deyil.
Kessonun sözlərinə əsasən, mülkiyyətin ayrılmaz bir dəyəri vardır. O, bu gün real olaraq mövcuddur və sabah da gerçək olacaq. Onu hər zaman pula çevirmək mümkündür: satmaq, girov qoymaq, icarəyə vermək və s.
4. Pulları sata biləcəyin bir şeyə investisiya etmək lazımdır.
Aldığın əşya tezlikdə sizin üçün “ölü bir yükə” çevrilməsin deyə, yadda saxlamaq lazımdır ki, sizin əşyaya qarşı münasibətiniz tezliklə dəyişə bilər və siz ondan qurtulmaq istəyəcəksiniz. Aldığınız əşyanın unikallığı nə qədər yüksək olarsa, onu sonra satmaq bir o qədər çətin olcaq. Adi bir şeyi satmaq həmişə daha asandır.
5. Öz gəlirinizi götürün.
Biznesdə ən vacibi gəlir götürməkdir. Əgər sabah bu gün satmadığınız nəyəsə görə təəssüflənsəniz, deməli qazanc imkanını qaçırtmısınız.
6. Öz bankirinizə qulaq asın.
Maliyyə məsələləri bəzən elə bir dolaşıq kələf olur ki, ondan heç fələk də baş açmaz. Amma bəzi insanlar var ki, məsələn bankirlər – onlar bütün həyatı boyu bu işlə məşğuldurlar. Ona görə də o haqda sizdən daha çox bilirlər. Onlara etibar edin.
7. Qiymətlər düşərkən almaq, qalxarkən isə satmaq lazımdır.
Deyəsən bu məsələdə hər şey aydındır.
8. Pulları hər zaman dövriyyədə saxlayın.
Maliyyənin ən vacib qaydası – yalnız kapital hərəkəti mənfəət qazandırır. Borclara getmədən kapitalın həcmini artırmaq üçün, sadəcə dövriyyənin sürətini artırmaq kifayət edir. Satmağı öyrənmək lazımdır, bu faiz ödəməkdən daha yaxşıdır.
9. Yalnız işə yatıra biləcəyiniz qədər borc götürün.
Kredit götürmək üçün gərək biznesmenin cəsarəti olsun. Düzdür, bu zaman risk də istisna deyil. Amma risk etmədən sadəcə sahib olduğunu saxlaya bilərsən amma artıra bilməzsən. Pullar durduğu yerdə pul gətirmir. Gərək onu başla fikirləşəsən. Düşünmək lazımdır ki, kapitaldan necə istifadə etmək olar və sizə məhz hansı kapital lazımdır?
10. İnkişaf üçün borc götürün, lovğalıq üçün deyil.
Bir çox firmalar məhz ona görə müflis olub ki, bu iki amilin birini digərindən ayıra bilməyib. İnkişaf satışların həcminin artması ilə müşayiət olunur, lovğalıq isə gözə kül üfürməkdir.
11. Heç zaman borc verməyin
Bu sizə nə gəlir gətirmir, nə də ki minnətdarlıq. Əksinə, pul qazanmaq şansı da əlinizdən çıxır.
12. Müəyyən sektorlara investisiya edin və qiymət tərəddüdlərini izləyin
Əvvəlcədən bəllidir ki, bu qayda heç də hamı üçün deyil. O, bu mənanı verir. Hər bir sektorun özünün eniş və yüksəliş dövləri olur. Əgər ən zəif sektordakı ən yaxşı müəssisisənin səhmlərini qiymətlərin düşməsi vaxtı alsan, onda gələcəkdə yaxşı gəlir gözləmək olar.
©banco.az