“Karantin hekayələri”dən $5000 toplayıb ianə etdi

Date:

Paylaş:

Amerikanın “Variety” jurnalının yazarı və saytının redaktoru Meg Zukin, “Twitter” hesabında tvit paylaşaraq, abunəçilərindən istəyib ki, karantinin onların yaxınları ilə münasibətlərinə necə təsir etməsi barədə yazsınlar. Bu xahişi ilə onun poçtuna onlarla hekayələr gəlməyə başlayıb.

Zukin isə həmin “karantin ayrılıqları” hekayələrini toplayıb və anonim paylaşaraq vəsait yığıb.

“Keçmiş yoldaşımla bir yerdə qalırıq. Ayrılsaq da karantinə görə evdən çıxa bilmirəm. Elə bil bütün Kainat mənim bu zəhləmgetmişlə bir yerdə olmağımı istəyir” – qadınlardan biri yazıb.

Öz hekayələrini onunla bölüşən Tvitter abunəçilərinin icazəsi ilə Zukin bütün mətnləri Google Doc-da yığıb, onlara baxış əldə etmək üçünsə Venmo və ya PayPal vasitəsilə ona 1 dollar köçürülməsini tələb edib. Bu xeyriyyə işini pandemiyadan ziyan çəkənlərə yardım məqsədilə həyata keçirən Meg, iki günə 5 min dollardan çox pul toplayıb və onları bütün ölkə üzrə 30 xeyriyyə təşkilatına göndərib.

Bundan sonra  Zukin, hekayələri Google Doc-dan məxsusi açılmış The Social Distance Project saytına köçürüb Artıq hekayələri pulsuz oxumaq və layihəyə 1 dollardan 100 dollara kimi ianə etmək olar.

Zukin deyir ki, xidmət sahəsində çalışanlara, aztəminatlı ailələrə və məktubunda nə üçün pul istədiklərini bildirənlərin hamısına 20 dollar göndərir. O,  “Mel” üçün verdiyi müsahibədə ona yazanalara inandığını da qeyd edib: “Sosial şəbəkədə insanlar çox vaxt səmimi olmurlar, mən bunun belə olmadığını sübut etmək istəyirəm”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...