Çoxları 1 dollara saqqızdan başqa nəsə almağın mümkünsüzlüyünə inanır. Lakin bəzi ölkələrdə bu məbləğə daha iri və ciddi şeylər əldə etmək olar.
İtaliya
Bir dollardan bir az artıq, yəni 1 avro ödəyərək siz Liquriya, Pyemont, Abruzzo kimi regionlarında ev (!) ala bilərsiniz. Hakimiyyət az məskunlaşmış şəhər və kəndlərdə vəziyyətin yaxşılışdırılması üçün daşınmaz əmlakı özünə ziyanla satır. Sözsüz ki, bu məbləğə ev təmirsiz halda satılır. Amma bu tam yararlı evdir.
Fransa
Fransanın paytaxtı Parisdə 1 dollara bir şüşə içməli su almaq olar. Lakin hansısa kafe deyil, marketdə.
Macarıstan
Budapeştin ucuz pablarında bu məbləğə “palinka” adlı yerli spirt içkinin porsiyasını ala bilərssiz. Ənənəvi macar alkoqolunu dadmağa risk edirsinizsə, həmin həcmdə tekila ya da cin sifariş edə bilərsiniz.
Vyetnam
Bu ölkədə bir dollara siz xatirə üçün samandan hazırlanan papaq, kobra zəhəri ilə müalicəvi məlhəm ala bilərsiniz. Ya da karaokedə yarım saat oxumaq və yaxud boulinq (saat 10:00-dan 14:00-dək) oynaya bilərsiniz.
Belçika
Brusselin mərkəzi hissəsindən uzaq olan yerlərdə 1 dollara Belçika vaflisinin yarım porsiyasını ala bilərsiniz. Mərkəzdə isə bu məbləğə yalnız saqqız düşür.
Kamboca
Bu ölkədə 1 dollara təmizlənmiş iki manqo almaq olar. Bu məbləği həm də buzlu və qatılaşdırılmış südlü meyvə assortisinə, ya da 2 ədəd qızardılmış banana vermək olar.
Yaponiya
Tokio supermarketlərində siz 1 dollara qatqısız ani hazırlanan əriştə ala bilərsiniz. Adi əriştə.
Venesuela
Karakas ya da ölkənin digər şəhərlərində cibinizdəki 1 dollarla maşınınız benzin çənini tamamilə benzinlə doldura bilərsiniz. Əyər siz avtomobilsizsinizsə, bu məbləğə ictimai nəqliyyata 4 bilet almaq olar.
Çexiya
Praqanın “Tesco” tipli hər hansı bir mağazasında 1 dollara yerli istehsal olan 4 şüşə yüngül pivə almaq olar. Bu qədər miqdara hakim gələ bilmirsinizsə, 2 şüşə və çips ala bilərsiz.
Hindistan
Məşhur Qoa kurortunda küçə satıcılarında txali adlı ənənəvi hindistan yeməyi satılır. Bu xörək düyü, qatıq, tərəvəz, müxtəlif souslar və ədviyyatlardan hazırlanır. Daha yüksək yeməkxanalarda bu qiymətə digər ənənəvi yemək sifariş etmək olar – noxudlu tərəvəz püresi – və içəcək – südlü masalla çayı.