Fransa, biznes üçün vergi tətili tətbiq edib. Belə ki, sahibkarlar kommunal ödənişlərdən və icarə haqqından azad edilib.
Bu barədə Emmanuel Makronun müraciətinə istinadən, “Reuters” agentliyi yazır.
Hökumət şirkətlər üçün bu ölçü tədbirini koronavirusla mübarizə çərçivəsində həyata keçirir. Belə ki, kiçik müəssisələr qaz, elektrik enerjisi, su və icarə haqqının təxirə salınmasından faydalana biləcəklər.
Fransa hökuməti maliyyə dəstəyi üçün 300 mlrd. avro kredit zəmanəti verəcək.
Qeyd edək ki, Fransanın dövlət adamları, hökumətin koronavirusla əlaqədar olaraq hazırladığı iqtisadiyyata dəstək planı çərçivəsində biznes üçün vergi tətillərinin keçirilməsini təklif etmişdilər.