Çində işsizlik rekord həddə çatıb

Date:

Paylaş:

Bu ilin fevral ayında Çində işsizliyin səviyyəsi müşahidələr tarixində ilk dəfə 6,2%-ə çatıb.

Bu barədə Çinin Milli Statistika Bürosunun açıqlamasında deyilir.

Cari ilin yanvarında bu göstərici 5,3%, ötən ilin dekabrında isə 5,2% səviyyəsində olub.

“Bu, olduqca böyük əhəmiyyət kəsb edir, çünki son iki ayda 5 milyondan çox insan işini itirib”, – deyə Avstraliyanın “Macquarie” investisiya bankının Çin üzrə baş iqtisadçısı Larri Hu bildirib.

Çin hökumətinin məlumatına görə, ötən ilin sonunda şəhər yerlərində 442,47 mln. insan işlə məşğul idi. Bu göstəricilərə əsasən, ölkədə ən azı 4,67 mln. insan işsiz qalıb.

©APA

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...