Startapların uğurlu olmasına zəmanət verən “Growth Hacking” strategiyaları

Date:

Paylaş:

Sahibkarların öz biznesini genişləndirməsi üçün məhsullarını və ya xidmətlərini düzgün təqdim edə bilməsi çox vacibdir. Gələcəkdə bizi çox sınaqlar gözləyir, lakin growth hacking strategiyalarından istifadə etməklə böyümək mümkündür.

Məhsullarını daha kütləvi auditoriyaya çatdıra bilmək üçün sahibkarlar fərqli growth hacking strategiyaları tətbiq etməlidirlər. Bu texnikaların arasında bəziləri cəmi bir neçə ildir ki, yaransa da, müasir dövrdə biznesin inkişafında böyük rol oynayır.

Bir çox sahibkarlar səmərəli nəticələr əldə edə bildiklərinə görə bizneslərini genişləndirmək üçün bu strategiyalardan istifadə edirlər. Sizin də onlardan istifadə etməyinizin vaxtı gəlib çatıb.

Sahibkarlar müxtəlif növ growth hack-lər axtarır və gəlirlərini artırmaq üçün milyonlarla müştəri toplamaq və böyümək istəyir. Growth hacking-ə aid ideyalar biznesin uğurlu olması üçün təsdiq olunmuş elementlərdəndir. Lakin hər biznes də bu marketinq growth hack-ləri yaxşı tətbiq edə bilmir.

Growth hacking strategiyalarını sınaqdan keçirin:

1. Growth hacking nədir?

2. Riayət etməli olduğunuz growth hacking strategiyaları

  • Məhsulu istifadəyə verməmişdən qabaq e-mail siyahısı hazırlayın
  • Məhsulu Product Hunt-da istifadəyə verin
  • Tövsiyə marketinqindən istifadə edin
  • Yeni marka tərəfdaşlıqları qurun
  • Tədbirlərə qoşulun
  • Qonşu bazarlardan istifadə edin
  • Sosial mediada izləyici kütləsi yaradın
  • Rəqibləri izləyin
  • Kontent strategiyası yaradın
  • Qonaq kimi paylaşımlar edin
  • İnfluenserlərlə birgə çalışın
  • Trendlə birgə addımlayın
  • KİV imkanlarından yararlanmaq üçün HARO-dan istifadə edin
  • Müştərilərinizə hədiyyə göndərin

3. Growth hacking-ə aid nümunələr

Growth hacking nədir?

Bu sözün saysız hesabsız tərifləri var. Biznesi böyütməyin ən effektiv vasitələrindən sayılan Growth hacking təcrübə əsaslı texnikadır. Bu prosesə marketinqin müxtəlif sahələri, proqramlaşdırma, dizayn, psixologiya, məlumat və analitika daxildir.

Bu texnika ona görə Growth hacking adlanır ki, onun yaradıcısı biznesi böyütmək üçün ənənəvi proseslər əvəzinə tez, sərfəli, eyni zamanda da innovativ metodlara riayət edir.

İnkişaf üsullarının yaradıcısı (Growth Hacker) kimdir?

Growth hacker ağıllı, orijinal və innovativ bir insandır. Onun əsas hədəfi biznesinə istədiyi qədər müştəri gətirib, eyni zamanda onları müştəri olaraq saxlamaq üçün kreativ və səmərəli strategiyalardan istifadə etməkdir.

Growth hacker hədəfinə çatmaq üçün məzmun marketinqi, viral marketinq, email marketinqSEO, A/B sınaqdan keçirmə və s.kimi metodların kombinasiyasından istifadə edə bilər. Lakin siz yadda saxlamalısınız ki, Growth hacker İnkişaf üzrə marketoloq ola bilər, amma heç vaxt ona sadəcə marketoloq deyilə bilməz.

Growth hacker aşağıdakı formula ciddi surətdə əməl edir:

Məhsul + İnkişaf = Təsir

Hər bir startup-ın riayət etməli olduğu growth hacking strategiyaları

Yeni üfüqlərə yelkən açmaq, gəlirlərinizi və potensialınızı kəskin surətdə artırmaq üçün aşağıdakı biznesin inkişafı strategiyalarından istifadə etməyiniz lazımdır.

#1 Məhsulu istifadəyə verməmişdən qabaq e-mail siyahısı hazırlayın

Startapın səmərəli inkişafı strategiyasına gəldikdə e-mail marketinq həm potensial, həm də real müştəri tapmaq baxımından ən yaxşı strategiya olaraq qalır.

Fikrinizi e-mail siyahısı hazırlamağa cəmləyin. Bu sizə auditoriyaya mesajınızı daha effektiv surətdə çatdırmağa imkan verəcək. Bundan əlavə, e-mail marketinq istənilən bir məhsul və ya tədbirin təqdimatından öncə reklam xarakterli məlumat göndərilməsində bizneslərə çox kömək edir.

E-mail marketinq sizə məhsulu istifadəyə verməmişdən öncə də potensial müştəri qazanmağa imkan verir. Lakin sadəcə e-mail siyahısı hazırlayıb oturub gözləmək olmaz. Siz məlumat xarakterli reklamınızı bir neçə həftə ərzində hazırlamalı və çalışmalısınız ki, auditoriyanız məhsulun istifadəyə verildiyi vaxtı həvəslə gözləsin.

E-mail siyahısını quraşdırmaq üçün GetResponse kimi e-mail servislərindən birini seçirsiz. Belə servislər sizin e-mail-lərinizi effektiv şəkildə auditoriyanıza çatdıracaq. Ünsiyyət, müştərini saxlamaqda vacib rol oynadığına görə məhsulu istifadəyə verməzdən öncə ən azı həftədə bir dəfə potensial müştərilərinizlə ünsiyyətdə olun.

#2 Məhsulunuzu Product hunt və ya oxşar platformalarda istifadəyə verin

Məhsulu Product hunt-da istifadəyə vermək əsas məqamlardan biridir. Hər həftə onlarla startup istifadəyə verilir. Belə platformalar mesajınızı yeni auditoriyaya çatdırmağa imkan verir.

Product hunt biznesinizi qlobal auditoriyaya çatdırmaq üçün bazarda lider olaraq qalır. Bu platformanı, bir sıra innovatorlar və jurnalistlərin diqqətini sizin məhsulunuza yönəldən “qızıl bilet” hesab edə bilərsiz. Burada siz izləyicilərdən reaksiyalar və yeni imkanlar üçün ideyalar əldə edəcəksiniz.

Məndə öz startuplarımda ilkin platforma kimi Product Hunt-ı istifadə etmişəm.

#3 Tövsiyə marketinqdən istifadə edin

Dostların, ailənin və ya sahə üzrə influenserlərin tövsiyəsi başqa vasitələrlə müqayisədə daha çox müştəri gətirir. Tövsiyə vasitəsilə gələn müştərilər sizə xərclərinizi azaltmağa imkan verəcək.

Belə müştərilər şirkətə daha sadiq qalır və 16% daha çox gəlir gətirir. Bundan başqa, tövsiyə proqramlarına malik satış üzrə mütəxəssislər 4-6 dəfə daha çox qazanc əldə edir.

Uber öz biznesinə gediş haqlarını paylaşaraq start verdi. Onlar marka tanıtımı və istifadəçiləri cəlb etmək üçün tövsiyə marketinqindən istifadə etdilər. Bu, çox sadə bir ideya idi: digər istifadəçilər hər dəfə istifadəçinin kodundan istifadə etdikdə o, 5$ gediş haqqı qazanırdı. Bu ideya o qədər uğurlu oldu ki, indiyə qədər hələ də bütün taxi tətbiqləri ondan istifadə edir.

#4 Yeni marka tərəfdaşlıqları qurun

Biznes tərəfdaşlıqlar və əməkdaşlıqlar çox səs-küyə səbəb olduğuna görə ən yaxşı Growth hacking texnikalarındandır. Bir sıra markalar dərk edib ki, birgə marketinq və məhsul tərəfdaşlığı effektiv Growth hacking strategiyasıdır.

Belə tərəfdaşlıqlar təkcə sosial mediada səs-küy salmaqla kifayətlənmir, həm də vebsaytınızın orqanik trafikini artırır. Bununla xəbər başlıqlarında manşet xəbərə çevrilə bilər, o cümlədən məhsulunuzun və xidmətlərinizin qlobalda məhşurluğunu artıra bilərsiniz.

Yaxşı qazancları olan ən uğurlu tərəfdaşlardan bəziləri bir mövzu ətrafında yeni məhsullar yaradanlar olub. İstənilən kiçik və orta şirkətlər öz markasına dəyər qatacaq düzgün tərəfdaş taparsa yaxşı əməkdaşlıq əlaqələri yarada bilər.

Tərəfdaşlıqlar hətta tamamilə müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslər üçün də işə yarayır. Buna yaxşı bir misal kimi Flipboard (xəbər tətbiqi) və AirBnb (ev kirayəsi)-nin tərəfdaşlığını göstərə bilərik. Bir markanın istifadəçiləri digərinin imkanlarından da yararlana bilir.

Flipboard Airbnb-nin istifadəçilərinə özəlləşdirilmiş kontent təklif edir. İstifadəçi Airbnb-dən ev kiralamaq istədikdə, istəyinə uyğun məlumatlar əldə edir. Məsələyə digər tərəfdən baxdıqda, bu istifadəçilər özləri də kontent yaradır (şərhlər və qiymətləndirmə şəklində) və Flipboard da öz istifadəçiləri üçün bu məlumatlardan istifadə edir.

#5 Tədbirlər, konfranslar təşkil edin, iştirak edin.

Yeni yaradılan bizneslərin 30%-i 24 aydan artıq davam gətirə bilmir. Sahibkarlar bu statistika üzərində ciddi düşünməlidir. Yaxşı Startup tədbirlərinə qatılaraq biznesinizin batmaması üçün vasitələr və fikirlər qazana bilərsiniz.

Davam edin, ən yaxşılardan öyrənin, əlaqələr qurun, öz sahəniz barədə öyrənin və motivasiya qazanın.

Sizin itirə biləcəyiniz bir şeyiniz yoxdur. Öz biznesinizi müvafiq biznes tədbirlərində və konfranslarında təqdim etməklə müvəffəqiyyətə daha asan nail ola bilərsiniz.

#6 Qonşu bazarlardan istifadə edin

Qonşu bazarlar (Adjacent Markets) satış üçün əla Growth hack-lərdən biridir. Qonşu bazar dedikdə sizin gördüyünüz işə yaxın işlərin bazarı nəzərdə tutulur.

Qonşu bazarlara siz məhsul və xidmətlərinizlə deyil, bacarıq və biliklərinizlə gedirsiniz. Bu bazar sizdən əsas bacarıqlarınızı götürür və yeni müştərilər üçün yeni dəyər yaradır.

Hər hansı yeni bazarı qiymətləndirməmişdən öncə bəzi faktorları nəzərə almalısınız.

  • Rəqabət necədir?
  • Həcm və xeyir gətirməsi baxımından imkanlar nə qədərdir?
  • Aşmalı olduğunuz hüquqi əngəllər var?

Bundan sonra öz bacarıqlarınızı və mövcud kanalları nəzərdən keçirirsiz. Bu bacarıqları istifadə etmək üçün yeni üsullar tapır, beləliklə də satışın inkişafı üçün yeni imkanlara gedən yolları açırsız.

Nike adətən beyində yüngül atletika sahəsi üzrə idman məhsulları ilə assosiasiya olunur. Lakin Nike məhsulları demək olar bütün idman növlərini əhatə edir.

Nike rəqib olan dağçılıq məhsulları bazarına daxil olmaq istədikdə Qonşu Bazar prinsipini meydana çıxardı. Onlar dağçılıq fəaliyyətləri üçün ayaqqabı təklif etməyə başladılar. Müştəri sadiqliyi əldə etdikdən sonra onlar geyim sahəsində uğur qazanmağa başladılar.

#7 Sosial mediada öz markanız ətrafında izləyici kütləsi yaradın

Sosial media, bizneslər üçün marketinqin əsas sahələrindən biridir. Siz özünüzü təbliğ etmək, reaksiyalar almaq və sahə üzrə influenserlərlə qarşılıqlı əlaqədə olmaq üçün sosial mediadan istifadə edə bilərsiniz.

Kontent hazırlamaq və auditoriya toplamaq müəyyən vaxt ala bilər. Buna görə də sosial media fəaliyyətinizi ümumi inkişaf istiqamətinizlə bərabər yönəltməlisiniz.

Sosial mediadan öz biznesinizin uğurlu olması üçün istifadə etməyin ən yaxşı yollarından biri markanızın Facebook qrupunu yaratmaqdır. Burada auditoriyanız sizin markanızdan xəbər tutacaq. Sizin markanızdan xəbəri olmayanların qrupda paylaşılan kontentlər sayəsində sizi tanıması şansı yüksəkdir. Belə qrupların auditoriyası biznesin təmin etdiyi məhsulun potensial alıcılarıdır. Growth hacker isə hər gün paylaşımlar edərək onları alışa həvəsləndirir.

#8 Ən böyük rəqiblərinizi izləyin

Ölçü və formasından asılı olmayaraq, rəqabət həmişə mövcud olacaq. Öz rəqabət sahənizi müəyyənləşdirdikdən sonra şirkətinizin istənilən bazarda niyə üstün olduğunu göstərməyiniz vacibdir.

Sahibkar olaraq təkcə biznesinizə diqqəti cəmləmək kifayət etmir. Siz həm də rəqabət sahənizdə dəyişən amillərdən də xəbər tutmalısınız. Bu, biznesinizi daha çevik və daha güclü edəcək.

Çox bizneslərin iflasa uğramasının səbəbi fəaliyyət planları olmadan rəqabətə girmələridir. Sonda isə gözlənilən nəticələri verməyərək iflasa uğrayırlar. Yaxşı planlaşdırmaya əsasən hədəf marka ətrafında baş verən bütün söhbətlərdən vaxtında xəbər tutmaq lazımdır. Bu məqsədlə hədəf auditoriyanızın yerləşdiyi eyni rəqəmsal yerlərdə (sosial media, forumlar və s.) siz də olmalısınız.

Planınıza həmçinin rəqib bloqunun (həmçinin həmin bloqlardakı açar sözləri) ətraflı və daimi təhlilini daxil etməlisiz ki, kontentinizi maksimum dərəcədə təsirli hazırlaya biləsiz.

Eyni zamanda öz məhsul və xidmətlərini necə təqdim etdiyi barədə anlayışınızın olması üçün onların istinadlarını (backlink) da izləməlisiniz.Bunun üçün Semrush-dan istifada etməyi məsləhət görürəm.

#9 Ciddi kontent marketinq strategiyası yaradın

Biznesiniz üçün müştəridən gələn reaksiya çox vacibdir. Bu reaksiyalar sizə şikayətləri və sorğuları tez bir zamanda həll etməyə, narazı müştəriləri yola gətirməyə kömək edəcək.

Səmərəli inkişaf üzrə marketinq strategiyaları ciddi kontent marketinq strategiyasından ibarətdir. O, sizə müştəri reaksiyasına fokuslanmağa və məhsulunuzu asanlıqla satışa çıxarmağa kömək edəcək.

Az bir büdcə ilə öz biznesiniz üçün kontent marketinq strategiyası yaradın. Bu kontent marketinq strategiyası vasitəsilə auditoriya məhsulunuzun dəyərini başa düşəcək. Hansı biznesdə olmağınızdan asılı olmayaraq, kontent marketinq strategiyanız hər zaman düzgün auditoriyanı cəlb etməyə hədəflənməlidir.

Kontent marketinq kampaniyalarını planladıqda həmişə paylaşıla bilən kontent yaratmağa çalışın. Məsələn, video kontent bir çox kontent marketinq kampaniyalarının əsas sütununa çevrilib. Çünki video kontent auditoriyanıza yığcam şəkildə bir çox məlumatı ötürməyə sizə imkan verir.

Marketo kimi məşhur marketinq avtomatlaşdırma aləti text formatında olan ənənəvi maarifləndirici məqalələri video ilə əvəzləyir.

Bu, kontent yaradıcıları üçün ağır bir sınaqdır. Yaxşı xəbər ondan ibarətdir ki, komandanızın ölçüsündən və ya resurslarınızın həcmindən asılı olmayaraq, siz kontentinizə emosiyalar, dəyər və əlbəttə ki, unikallıq əlavə edərək çox paylaşılan kontent yarada və potensial müştəriləri öz saytınıza cəlb edə bilərsiniz.

#10 Qonaq kimi paylaşımlar edin

Qonaq kimi paylaşımlar etmək (Guest posting) əlaqələr qurmağa kömək edir. Internetdə xeyli sayda qonaq kimi paylaşım etmə xidmətləri mövcuddur. Demək olar ki, hamısının da öz vebsaytları var.

Bu xidmət provayderləri saytınıza linklər verməklə təbii yolla ziyarətçiləri cəlb edir və axtarış sistemlərində reytinqinizi yüksəldir.

Qonaq bloqundan istifadə əla bir marketinq growth hack-idir. Bloqçular təbii yolla veb sayt trafiki qazanmaq, axtarış sistemlərində yüksək reytinqlər əldə etmək məqsədilə bu üsuldan istifadə edirlər.

Buffer Growth hack-lər arasında qonaq kimi paylaşımlar etməyi seçən markalardan biridir. Başladıqları ilk vaxtlarda onlar nüfuzlu bloqçulardan paylaşılabilən kontent yaratmağı istəmiş, sonra isə yaxşı Domen nüfuzu (DA) olan saytlardan bu kontentlərə çox sayda istinadlar vermişdilər.

#11 İnfluenserlərlə birgə çalışın

Markanın yaradılmasına gəldikdə markaların niyə influenserlərə tanıtım üçün pul ödədiklərinin səbəbi var. Daha geniş auditoriyaya çıxışın olması üçün tanınmış influenserlərlə əməkdaşlıq etmək lazımdır. Qeyd edim ki, 50.000+ izləyicisi olan influenserlərin təsir dairəsi də güclüdür.

Sahibkarlar öz məhsul və xidmətlərini təbliğ etmək üçün influenserlərlə əməkdaşlıq etməlidirlər. Düzgün qurulduğu halda influenser marketinq istənilən biznesi yaxşı təbliğ edə və geniş kütləyə çatmasına kömək ola bilər.

Marketinq büdcəsinin azlığına görə böyük markalarla rəqabətə girə bilməyən yeni startaplar üçün influenserin nüfuzundan istifadə etmək əla bir marketinq growth hack-idir. Influenserlərin yaxşı izləyici kütləsi olduğuna görə bizneslər onlardan potensial müştəri bazası kimi istifadə də bilər. Məsələn, tanınmış marka olan Gymshark özünü təbliğ etmək və satışlarını artırmaq məqsədilə influenserlərlə işləyirdi. Faktiki olaraq, başladığı ilk vaxtlarda Gymshark markasını tanıtmaq və müştəri cəlb etmək məqsədilə ağırlıq qaldırma və fitness sahələrindəki influenserlerdən çox asılı idi.

İnfluencer marketing üçün Shoutcart-dan istifadə etməyi məsləhət görürəm. 5 dəqiqə içində istədiyiniz influenceri səbətə əlavə edib istədiyiniz reklamı paylaşdıra bilərsiniz.

Şəkildən də gördüyünüz kimi, həm kateqoriya üzrə toplu formada 10-20 bloggerə birdən reklam elətdirə bilərsiniz və ya tək tək seçib reklamınızı verə bilərsiniz.Ən gözəl xüsusiyyəti isə Tik Tok-da reklam verə bilmək özəlliyidir.

Sifariş verdikdən sonra influencerlər sifarişi qəbul edib qeyd etdiyiniz vaxtda paylaşım edirlər. Mən özüm bu platformadan mütəmadi istifadə edirəm və influencerlərin öz qiymətlərindən bəzən daha ucuza olur shoutcart qiymətləri.

#12 Trendə uyğun hərəkət edin

Həm Müştəri xidməti, həm büdcəni izləmə, marketinq, satış, məhsulun inkişafı işləri ilə eyni zamanda da sahə üzrə ən son irəliləyişlər və innovasiyalarından xəbərdar olmaq məsələsi çox çətin ola bilər. Amma biznesinizin uğurlu olmasının açarı trendləri hər zaman izləməkdir.

Trendləri erkən təyin etmək sizə səmərəli kampaniya ideyaları təklif etməyə və ya yeni trendlərə uyğun hərəkət etmək üçün biznes planlarını dəyişməyə imkan verir. Siz ən son trendlərdən xəbərdar olaraq daha sürətli nəticələr əldə edə bilərsiniz.

#13 KİV imkanlarından yararlanmaq üçün HARO-dan istifadə edin

Ən yaxşı Growth hack-lərdən biri öz peşəkar bacarığınızı göstərə biləcəyiniz HARO (Helping A Reporter Out) platformasından istifadə etməkdir. O, markanı təbliğ etmək yeri yox, jurnalistlərin sorğularını oxumaq yeridir. Bu sorğular sizin sahənizə aid ola da bilər, olmaya da. Məsələn, hansısa jurnalist elektron ticarət saytı ilə bağlı yazmaq istəyir və HARO-da sorğu göndərir, məndə onlara öz Press relizimi verirəm ki, bunu yerləşdirin.

Bəli, bura sizin vaxtınızı ala bilər, amma düzgün çalışsanız buna dəyəcək. Əgər HARO-nun xəbər bülletenlərini oxumağa 30 saniyə olmaqla gündə 3 dəfə vaxt tapsanız, bunu ən lazımlı yatırım hesab edə bilərsiniz.

Bundan başqa, yadda saxlamalısız ki, jurnalistlər nə istədiklərini dəqiq bilirlər. Buna görə də istəmədikləri ideyaları onlara təklif etməyin.

#14 Müştərilərinizə hədiyyələr göndərin

Üzərində şirkətinizin loqosu və adı olan markanıza məxsus hədiyyə məhsulları istifadəçi üçün əhəmiyyət kəsb edir.

Belə məhsullar markanızı təbliğ edir, müsbət rəy yaratmağa kömək edir və müştərilərinizi sadiqləşdirir. Razı müştəri markanızın təbliğatçısına çevrilir, sizin markanız isə daha çox tövsiyə olunur və siz daha çox müştəri qazanırsınız.

Əlavə Growth Hack strategiyaları

#15 Beta Testerlərə endirim verin

#16 Quorada sahəniz üzrə suallara cavab verin

#17 Affiliate Marketingi biznesinizə tətbiq edin

Growth hacking-ə aid 3 ən yaxşı nümunə

Facebook

Facebook dünyanın ən sevimli sosial media platformasıdır və şübhəsiz ki, bu günki rəqəmsal aləmdə Growth hack-ə aid ən yaxşı nümunələrdən biridir. 2 milyarddan artıq istifadəçisi olan Facebook bizim həyatımızın bir parçasına çevrilib. Quora-da Facebook-un growth hack-lərinə aid verilən suallardan biri bu sosial media dahisinin öz miqyasını genişləndirməsi üçün istifadə etdiyi 2 effektiv texnikadan danışılır.

Birincisi, onlar insanları həvəsləndirdi ki, yalnız dostlarını və ailə üzvlərini əlavə etsinlər və öz çevrələri daxilində kontent paylaşsınlar. İkincisi, Facebook həmin adamların da platformada hesab yaratmaları üçün onların dostlarına və ailələrinə dəvət e-mail-ləri göndərdi.

Bu üsul çoxlarının marağına səbəb oldu. Beləliklə də insanlar bilmək istədi ki, görəsən onları Facebook-da kim işarələyib, onlar haqqında Facebook-da nə danışılır və onlar qeydiyyatdan keçdikdən sonra nə əldə edəcəklər.

PayPal

Ən yaxşı growth hack-lərdən istifadə edən digər bir biznes Paypal-dir. Haçansa düşünmüsüz ki, pul paylamaq şirkətinizi böyüdə bilər? Bu ideya PayPal üçün möcüzələr yaratdı.

Onların growth hacking strategiyası tövsiyə proqramından istifadə etmək idi. PayPal tövsiyə proqramı vasitəsilə daha çox istifadəçi gətirən istifadəçiləri stimullaşdırmağa başladı. Nəticədə, PayPal biznesi gündəlik olaraq 7%-dən 10%-ə doğru böyüməyə başladı. Stimullaşdırıcı kampaniyanın ümumi məbləği təqribən 60 milyon dollara çatmışdı.

Onların istifadə etdiyi growth hack-lər barədə ən maraqlısı o idi ki, həmin dövrdə sosial media indiki kimi güclü deyildi. PayPal əsasən şifahi şəkildə, SMS, bloqlar və e-mail-lər vasitəsilə böyüdü.

Dollar Shave Club

Video kontent hazırda ən tələbatlı dövrünü yaşayır. Dollar Shave Club-ın bu growth hack nümunəsi video marketinqin necə effektiv olduğunu və düzgün video kontent ilə necə asanlıqla istədiyiniz qədər müştəri qazana biləcəyinizi sübut edir. Business Insider-in məlumatına görə Dollar Shave Club aşağıdakı growth hack-dən istifadə edərək 20 milyon dollardan çox qazan əldə edib.

Dollar Shave Club xidmətlərini təbliğ etmək məqsədilə bir video hazırladı və öz müştərilərinə hər ay cəmi 1 $-a yeni ülgüclər göndərməyə başladı. Video viral-a çevrildi və qısa müddət ərzində 19 milyon baxış qazandı.

Son söz

İnkişaf üçün bir çox bizneslər həmişə çətin sınaqdan keçib. Reallıq budur ki, sizin bazarınız və hədəf auditoriyanız müntəzəm olaraq kreativ marketinq kampaniyaları ilə rastlaşmır.

Bizneslər artıq sınaqdan çıxmış growth hack-lərə fokuslanmalıdırlar. Elə unikal bir growth hack yoxdur ki, bütün problemləri birdən həll etsin. Belə bir rəqabətli mühitdə biznesinizi böyütmək üçün yuxarıda qeyd etdiyim growth hacking strategiyalarından istifadə etməlisiniz.

Bundan başqa, bütün ekspertlər həm də zərəri toxunmayacaq yeni üsulları da yoxlamağı məsləhət görür.

Jafar Najafov

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...