Keçən cümə axşamı günü dünya fond birjalarının yaşadığı iflasdan sonra dünyanın 20 ən zəngin adamı bir gündə 78 mlrd. dollar itirib.
Bu barədə Forbes jurnalı məlumat yayıb.
Amazonun rəhbəri Jeff Bezos 8 milyard dollar itirsə də reytinqə başçılıq edir. Belə ki, onun sərvəti hal-hazırda 104,4 mlrd. dollar təşkil edir. Louis Vuitton Moët Hennessy şirkətlər qrupunun prezidenti Bernar Arno 7,7 mlrd. dollar itirərək ikinci yerdə qərar tutub. “Facebook”un qurucusu Mark Zuckerberg 5,7 mlrd. dollar itirib. İlk dördlüyü “Oracle” şirkətinin təsisçisi Larry Ellison tamamlayır – 5,6 mlrd. dollar itki.