Azərbaycanlı milyarder 2,1 mlrd. dollar itirdi

Date:

Paylaş:

Moskva “Spartak”ının həmsahibi Leonid Fedun və şəriki, “LUKoil” neft-qaz şirkətinin rəhbəri və həmsahibi Vahid Ələkbərov neftin qiymətinin və rublun məzənnəsinin düşməsi səbəbindən 3 milyard dollardan çox zərərə düşüblər.

Bu barədə  “Forbes” xəbər verir.

Mənbənin məlumatına görə, Vahid Ələkbərov 2,1 milyard ABŞ dolları itirib, Fedunun itkisi isə 904 milyon ABŞ dolları təşkil edib. Hazırda onların sərvəti müvafiq olaraq 19,9 və 8,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Qeyd edək ki, Rusiya və OPEK ölkələri arasında razılaşmanın pozulması neftin qiymətinin düşməsinə səbəb olub. Tərəflər neftin hasilatı haqqında razılığa gələ bilməyib. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...